Rəsul Quliyev: “Bu insanlar özləri qəbirlərini qazıblar”
“Radikal müxalifətin (Xalq Cəbhəsi və Müsavat) 27 illik fəaliyyəti bu partiyaları və onların "liderlərini" iflasa uğradıb”. Bunu Azərbaycanın eks-spkeri Rəsul Quliyev deyib. O, bildirib ki, bu komandaların Azərbaycanın 18-65 yaşlı vətəndaşları arasında dəstəyi maksimum 1 faiz ola bilər: “Yəni praktiki sıfırdır. Onlar 27 ildir özlərinin monoton tənqidləri, korrupsiya və rüşvəti dərindən analiz etmədən şişirdilmiş yalançı rəqəmlərlə xalqa təsir etmək cəhdləri əslində həm onları və həm də onlardan mütəmadi müsahibələr götürənlərin reytinqlərini əslində (youtubda 100 min insanın bu intervyulara baxdığına baxmayaraq) sıfıra çatdırıb. 100 min baxır və müsahibənin təsiri sıfıra bərabər olursa, bunun səbəbini intervyunun keyfiyyətində yox, başqa səbəblərdə axtarmaq lazımdır. Hökumətin heç bir səbəb olmadan bu psevdo müxalifəti izolyasiya etməsini məntiqlə anlamaq mümkün deyil. Çünki bu insanlar deməzdim satqın və riyakarlar mənasız, həmişə eyni çeynənmiş və qeyri-obyektiv intervyuları ilə özləri qəbirlərini qazıblar. Hökumətin onları izoliyasiya edib yenidən qəbirdən çıxarmağa cəhdi ancaq bir şeyə qulluq edə bilər. Ölkədə real müxalifətin yaranmasının qarşısını almağa”.
Hafiz Hacıyev: “Sosial şəbəkə əxlaqsızları 27 ildir ki, bu günkü dövlətə qarşı böhtan, şər atsalar da xalq dövlətinə inanır”
“Xüsusilə bu günlərdə Prezident İlham Əliyevin video-müşavirədə ciddi məsələlərə toxunması və onlardan ən başlıcası siyasi ishatların aparılması, ölkədə gedən siyasi proseslərlə iqtisadi proseslərin uzlaşdırılması və müxalif partiyaların qanunvericilik hakimiyyətində iştirakı məsələsi ilə bağlı bu satqın və əxlaqsızların yenidən sosial şəbəkələrdə böhtan xarakterli çıxışlar etməkdədirlər. Ancaq hələ də anlamırlar ki, xalq onları çoxdan arxivin zibilxanasına atıb. Çünki xalq ölkə başçısın hakimiyyətdə olduğu son 16 il ərzində hər bir vətəndaşın qayğısına qaldığının şahidi olub. Və bu gün də hesab edirəm ki, dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı görülən işlər və atılan addımlar müsbət haldır və hər bir Azərbaycan vətəndaşı ölkə başçısının gördüyü işlərin şahididir”. Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev özünün dediyi kimi, dünyanı ağuşuna alan koronavirus pandemiyasından istifadə edərək ölkədə sabitliyi pozmaq istəyən AXCP Əli Kərimlinin, Müsavat Partiyasının başqanı Arif Hacıyevin, “Milli Şura”nın "tryapka"sı Cəmil Həsənlinin, müxalifətin "minsifətlisi" Gültəkin Hacıbəylinin fəaliyyəti ilə bağlı açıqlamasında deyib.
Partiya sədri koronavirus pandemiyasından istifadə edərək ölkədə sabitliyi pozmaq istəyən qüvvələrə, həmçinin xəbərdarlıq da edib: “Bilirsiniz ki, Cənab Prezident video-görüntülü müşavirə keçirdi, ciddi məsələlərə toxundu və onlardan ən başlıcası siyasi ishatların aparılması, ölkədə gedən siyasi proseslərlə, iqtisadi proseslərin uzlaşdırılması və müxalif partiyaların qanunvericilik hakimiyyətində iştirakı məsələsi oldu. Son aylar aparılan islahatlar həqiqətən də təqdirəlayiqdir və Cənab Prezidentin şəxsən özünün fəaliyyəti nəticəsində ortaya qoyulan müsbət işlərdir. Ölkədə parlament seçkiləri keçirildi və bəzi partiyaların sədrləri mandat qazandılar. Bu, müsbət hal kimi dəyərləndirilməlidir. Düşünürəm ki, qarşıda da görüləcək işlər var və bunları həyata keçirmək üçün xalqla dövlət arasında müəyyən birlik olmalıdır və bunu da yaratmaqdan ötrü ölkə başçısı mart ayında bayram təbriki zamanı çıxışında ölkədə siyasi partiyalarla dialoqların aparılması məsələsinə toxundu və bunlar da həyata keçmək üzrədir. Partiya sədri olaraq mən də burda iştirak edirdim. Ancaq bu tədbirdə iştirak etməyənlərin məqsədi ölkədə ictimai-siyasi vəziyyətə qarşı çıxmaqdır. Çünki bunlar – Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli kimi viruslar xaricdən idarə olunanlardır. Və keçirilən müşavirədə ölkə başçısının onları "beşinci kolon" adlandırmaqla bir daha göstərdi ki, xalq belələrini çoxdan tarixin zibilxanalarına atıb. Azərbaycan xalqı ağıllı xalqdır, ağı qaradan seçməyi bacarır. Özünüz də bilirsiniz ki, bunları xaricdə olan müəyyən dairələr idarə edirlər. Axşama kimi təhqirlə, populist çıxışlarla Azərbaycan xalqını aldatmaq istəsələr də, buna nail ola bilməyiblər və bilməyəcəklər. Çünki ölkəsini, ailəsini qrantlara satan Sevinc Osmanqızı kimi mənəviyyatsızların həftənin 7 günün 6-sında satqın və cinayətkar ermənixislətli Əli Kərimlini, Cəmil Həsənlini, Gültəkin Hacıbəylini, o əxlaqsız Arif Məmmədovu kanalına çağırması, Azərbaycan dövlətinin əleyhinə həqarətlər yağdırması qəbuledilməzdir. Təəccüb də etmirəm, çünki satqın satqının yanında olar. Və düşünürəm ki, xaricdə özünü bloger adlandıran belə satqın və mənəviyyatsızlara qarşı tədbir görülməlidir. Onlar anti-təbliğat aparmaqla insanların beyinlərini yeyirlər. Koronavirusun ölkədə daha da ağırlaşmasını arzu edən qüvvələr özləri bilərəkdən karantin rejimini pozurlar və polis tədbir görəndə isə "siyasi məhbus" adı ilə xaricdə təbliğat aparmağa başlayırlar. Yəni bizim düşmənlərimiz çoxdur, həm xaricdə, həm də daxildə. Belə naqislər Azərbaycan dövlətinə çox böyük zərbələr vurmağa çalışırlar. Biz isə bunlara imkan verə bilmərik”.
Soial şəbəkənin “xalq yanğısı” - Sevinc Osmanqızı…
Həmişə belə olub, indi də belədir. Özünü “xalq yanğısı” kimi göstərən, bütün mənliyini dollara, avroya, funt sterlinqə satan Sevinc Osmanqızı erməniləri müdafiə etməkdən yorularaq Azərbaycanda bəzi məmurların karantin rejiminin qanunlarını pozması ilə bağlı yatmaq bilmədən kanalına özü kimi simasız, satqın və mənəviyyatsızları çağırmaqla kimliyini, hansı yuvanın quşu olduğunu bir daha nümayiş etdirir. Ancaq anlamır ki, hər dəfə belə şou göstərməklə bir daha ermənidən betər olduqlarını göstərirlər. Dərdiniz başqa dərddir. İndi nə əl-qolunuz bağlanıb, nə də “konslagerdə” yaşayırsınız. Artıq bütün oyunlardan çıxdınız. İndi də cinayətkarları ortaya ataraq hər gün səhər açılanda "bu gün necə söyüm, nədən başlayım” sualına cavab axtara-axtara qalırsınız. Ancaq cifayda.
Sosial şəbəkədə səsinizi və üzünüzü görən kimi, tamaşaçı “odboy” edir. Bax, nankor və bədbəxtlik buna deyirlər. Çünki ermənilər kimi, bu virusların, özü də Sevinc Osmanın qızı kimi şəhid atasının ruhuna qiymət verməyən satqın, ermənidən də betər olanın "vətən yanğısı"nı bu xalq, bu Vətən, bu dövlət yaxşı bilir. Guya "vətən üçün ağlayır". Yadında saxla: hər kəs ağlaya bilməz. Ekç-spiker Rəsul Quliyev demişkən, sizin kimi mənəviyyatsız və satqınlar öz qəbirlərinizi çoxdan qazmısınız.
“Beşinci kolon” anti-Azərbaycan dairələrin siyasi təzyiq aləti kimi…
Qərəzli xarici dairələrdən, ermənipərəst mərkəzlərdən daim siyasi direktivlər alan “beşinci kolon” isə virtual müstəvidə "fəallıq" göstərərək sosial şəbəkələr vasitəsilə dövlətin əleyhinə təxribat xarakterli məlumatlar – reallığı əks etdirməyən informasiyalar yaymağa, qarayaxma kampaniyası aparmağa çalışsalar da, hər dəfə uğursuzluğa düçar olaraq gülünc vəziyyətə düşürlər. Elə məhz bu səbədən də antimilli dərnək üzvlərinin bu davranışları sosial şəbəkədə növbəti dəfə tənqid, lağ-lağı obyektinə çevrilib. Azərbaycan cəmiyyətinə ağıl verib demokratiya dərsi keçmək istəyənlərin özlərinin ağıla ehtiyacının olduğu, həmçinin “Milli Şura”nın “zoom iclasları”nın ciddi müzakirə meydanı deyil, qeybətxana şousu olduğu qeyd edilib. Çünki həmin “demokratların” “zoom konfransı” müddətində etdikləri söhbət bir-birlərini keçəl olduqlarına görə ələ salmaqdan, digərinin keçəl olmasına rəğmən “simpatiçni” görünməsi barədə fikirlərdən, başqa birisinin “Facebook”da mesajlaşıb qeybət etməsindən və ən “müsbət nəticələri" isə özlərinin lazımsız "tryapka" olduqlarını demələri lap yerinə düşdü. Bütün bundan sonra “siyasi mübarizə” və “fikir mübadiləsi”nin kulminasiya nöqtəsi isə “bizim işimiz hökuməti şərləməkdir” sözünü demələri onların iç üzünü, əsl mahiyyətini açıb ortaya qoyur, xalqa təqdim edir. Bir də “müxalifətçiyəm” deyə özünüzü necə deyərlər, “ağam mənə kor deyib, gəlib-gedəni vur deyib” kimi aparırsınız. Elə düşünürsünüz ki, sosial şəbəkədir də, nə isətəsək deyəcəyik. Narahat olmayın, siz o şəbəkədə çırpına-çırpına qalacaqsınız. Və sürünə-sürünə bu dövlətin ayağına gələcəksiniz, bu Vətənin torpağını yalamaq isətəyəcəksiniz. Ancaq bilməlisiniz ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin, həm də düşmənin yalı ilə bəslənənləri nə tarix, nə də bu xalq heç vaxt bağışlamır. Çünki sizin kimi satqınların qatarı çoxdan gedib...