Ermənistanın yüksək vəzifəli məmurlarının bəyanatları və şərhləri vaxtaşırı dövlətçilik anlayışından kənara çıxır. Diaspor info Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Rodina” partiyasının sədri Artur Vanesyan Hraparak.am saytında yayımlanan açıqlamasında deyib.
“İstəyirəm ki, yüksək səviyyəli rəsmilər, eləcə də hakim nüfuzlu qüvvələrin liderləri dərk etsinlər ki, bütün düşüncələri, danışdıqları digər dövlətlərdə qeydə alınır, müxtəlif yerlərdə, fərqli ofislərdə analiz və müzakirə edilir. Beləliklə, Ermənistanın mövcud vəziyyəti haqqında fikirlər də formalaşır.
Bu zarafat və ya yumor mövzusu deyil, bu, Ermənistanın milli təhlükəsizliyinə birbaşa təsir edən bir problemdir. Bunun təhlükə səviyyəsini təsvir etmək üçün söz tapa bilmirəm. Digər dövlətlərdə Ermənistan artıq ciddi qəbul edilmir. Xarici dünya onları Ermənistan Respublikasının rəsmiləri kimi qəbul edir. Hansısa sirlərin açılmasından, hansı münasibətlərə zərər verildiyindən, hansısa proseslərin əngəlləndiyindən danışmaq olmaz.
Ermənistan hökumətinə Qarabağ, aprel döyüşü, Tavuşdakı hərbi əməliyyatlar, ordu haqda, Ermənistan Respublikasının ümumi təhlükəsizlik sistemi, diasporamızın lobbi potensialı və bəzi digər mövzularda az danışmağı tövsiyə edirəm”, deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Rodina” partiyasının sədri Artur Vanetsyan bildirib.