“Azərbaycanla Rusiya arasında silah alışı barədə danışıqlar gedir. Moskva çalışır ki, Azərbaycan bazarını itirməsin, amma təklif elədiyi silahlara Azərbaycanın ehtiyacı yoxdur. Çünki, son modern və Azərbaycanın istədiyi silahları satmaq istəmir. Yalnız, özü təklif etdiyi silahların alınmasını qeyd edir. Ona görə də bu kimi silahlar Azərbaycan üçün məqbul deyil. İlk növbədə satılan silahlar və hərbi texnikalar nasaz olur və təhlükəsizliyi yoxdur”. Bunu Diaspor info-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, bir neçə il bundan əvvəl, alınan silahlar nasaz və texniki parametrləri zəif idi: “Ona görə də Azərbaycan bu məsələdə Rusiyaya güzəştə getməməlidir. Fikir versək, Rusiya Azərbycana Su-35 müasir qırıcıları satmır. Amma, Ermənistana bu təyyarələri verəcəyini qeyd edir. Rusiya Azərbaycanın istədiyi "İsgəndərM" raketlərini satmır, amma Ermənistana bu rakeləri verib. Hazırda Rusiyanın dəmir yığnağından ibarət atıcı silahlar lazım deyil.
Prezident İlham Əliyev də Rusiyadan silah alışında maraqlı deyil və Türkiyədən silahların alışını xüsusi qeyd etdi. Rusiyadan silah alışını dayandırmaqla, orduda Rusiya istiqamətli gedişidə dayandırmalı olarıq.
Müdafiə naziri Zakir Həsənov Moskvada və Rusiyanın müdafiə naziri Bakıdadır. Rusiya çox çalışır ki, silah ticari müqviləsi imzalansın. Azərbaycan bu sövdəşləməyə gedərsə, Türkiyə ilə hazırkı əlaqələri nəzərə almalıdır. Türkiyə ordumuzu silahlandıracaq”.