Dövlət Gömrük Komitəsi işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb. Diaspor info-nun xəbərinə görə, Dövlət Gömrük Komitəsinin əməkdaşları könüllü olaraq əmək haqlarından 1 milyon manat Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.
Dövlət Gömrük Komitəsinin kollektivi əmindir ki, yenilməz Azərbaycan Ordusu qələbə qazanacaq!
Qarabağ Azərbaycandır!
223