"Rusiyada bir “regnum.ru” adı altında alt paltarı yumaq üzrə ixtisaslaşmış “məşhur” informasiya agentliyi var. Onun da “yaxşı qonarar” müqabilində ağ yuyub, qara sərmək sahəsində ad çıxarmış əməkdaşları var. Haqq üçün düzüb-qoşmaq işində Rusiyada aləmi-məhşurdular. Kimsə kimisə şərləmək istəyirsə vicdanını şeytana girov qoymuş bu işbazlar heç uf demədən üfunət verən cızmaqaraları ilə xidmətə hazırdırlar. Səhər bir şey, axşam tamam başqa şey və bu ruhda davamlı olaraq köhnə peşələri ilə gecə-gündüz xidmətdədirlər. El arasında məşhur olan üzüyumuşaq və üzüyola Kim Kardaşyandan heç də geri qalmırlar". Bunu Diaspor info-ya açıqlamasında Milli Məclisin üzvü Bəxtiyar Əliyev deyib.
Deputat bildirib ki, onlardan biri, Kim Kardaşyanla xalanəvəsi olduğu iddia edilən Karine Gevorkyan regnum.ru mətbəxində 10.10.2020-ci il ildə bəzi rusdilli agentliklərdən gileylənib: "Deyib ki, bəs o insafsızlar İranın Ali Dini lideri Əli Hamaneinin müşaviri Əli Vilayətinin sözlərinin ora-burasını kəsib töküblər, fikrini təhrif ediblər. Fikir bizi apardı ki, ay dadi-bidad rusdillilər məsləhətsiz bu işi niyə görüblər. Daşnaklarla məsləhətləşmədən, solovyovla tarasovun tapşırıq aldığı yerə baş vurmadan belə işə niyə qol qoyublar. Ermənilər bütün dünyada yenə də rüsvay oldular. Necə deyərlər, ölüblər, amma götürənləri yoxdur. Ona görə də Karina qərara gəlir ki, bu işə özü əncam çəksin. Karina Gevorkyan eləmir tənbəllik və öz bildiyi kimi qədim erməni xörəyi olan “əriştəni” “regnum.ru” mətbəxində yavaş-yavaş başlayır kəsməyə. Bir cümlə oradan, bir cümlə burdan, nə illah edirsə də bu rüsvayçılığı ört-basdır edə bilmir. Axı, bu biçarə Karina neyləsin o boyda təcrübəli siyasətçinin “Kayhan” qəzetinə 06 oktyabr 2020-ci ildə verdiyi müsahibəsinə!? Jurnalistin elə ilk sualına İnqilabın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Dr. Əli Əkbər Vilayətinin cavabı belə olur: “Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bir sıra ağlabatan prinsiplərə inanırıq və bunlardan biri də Birləşmiş Millətlər Təşkilatının (BMT) bütün ölkələrin "ərazi bütövlüyünə" hörmət prinsipidir. Təşkilatın üzvü olaraq, bu mövzuda israr edirik, xüsusilə qarşıdurmada olan iki ölkə şimal qonşularımız olduğu üçün. Bu vəziyyətdə bir ölkənin ərazisi başqa bir ölkə tərəfindən işğal edilibdir. Azərbaycan Respublikasının cənubunun bir hissəsi, təqribən 7 şəhər Ermənistan tərəfindən işğal edilib. Bu vəziyyətdə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dörd qətnamə qəbul edilib ki, bunların hamısı Azərbaycanın bu bölgələrini işğal etmiş ermənilərin beynəlxalq sərhədlərə çıxıb geri qayıtmasını tələb edir. Birləşmiş Millətlər Təşkilatının üzvü olan hamımız bu prinsiplərə əməl etməliyik. Beləliklə, Ermənistanın bu işğal olunmuş əraziləri Azərbaycan Respublikasına qaytarmasını istəyirik. Bu ərazilərin işğalından sonra köçkün düşmüş 1 milyondan çox azərbaycanlı tezliklə vətənlərinə qayıtmalıdırlar".
Siyasi şərhçi qeyd edib ki, Dr. Əli Əkbər Vilayətinin bu sözlərindən sonra məzlum, yazıq, çox iztirablar çəkmiş Karina təkbaşına nə edə bilər: "Balabanı da əlindən almışıq, yoxsa, biçarə Karina heç olmasa eramızdan əvvəl XXI əsrdə erməni usta Tiqran tərəfindən xüsusi becərilmiş erməni ağacından düzəltdiyi o alətdə bir züy tutan tapa bilərdi. Həmin müsahibəsində Dr. Əli Əkbər Vilayətinin daha sonra deyir ki, İran İslam Respublikası və Azərbaycan Respublikası kimi az sayda ölkə bu ortaq cəhətlərə malikdir və bir-birlərinə bu qədər yaxındır. Biz Azərbaycanın taleyindən tamamilə narahatıq və inanırıq ki, ərazi bütövlüyü qorunmalı və işğal olunmuş ərazilər boşaldılmalıdır. Biz Ermənistanla qonşuyuq və qonşuluqda uzun bir ortaq tariximiz var və nə ermənilərin, nə də azərbaycanlıların itirməsini istəmirik. Həm müsəlmanlar, həm də xristianlar tamamilə təhlükəsiz olmalıdırlar. Azərbaycan Respublikasının pozulmuş hüquqları təmin edilməli və işğal olunmuş əraziləri ona qaytarılmalı və qan tökülməsinə son qoyulmalıdır. Aman allah, deyəsən, dünya daha nə karinaların göz yaşlarına, nə də qədim peşə alətlətlərində ona züy tutmağa çalışan solovyovlara, tarasovlara və başqa yanlara, züylərə inanmır, rüsvayçılıqdır".
B.Əliyev sonda deyib ki, Zohrab Mnatsakanyan yenə də Moskvaya məsləhət dalınca qaçıb: "Məsləhətləşəndə isə dişlərini ağardaraq, bir gözünü qıyıb o biri gözündən tülkü kimi “qan ağlamağa” başlayıb. Gəncəyə ballistik raket ataraq azərbaycanlılara qarşı soyqırımı həyata keçirən erməni-faşist xuntasının Xarici İşlər naziri deyib ki, Şimal Polyusundan aldıqları son məlumata görə Azərbaycan orada atəşkəsi pozur. Ona görə də Dağlıq Qarabağda yeni təmas xətti atəşkəsə nəzarət sistemi yaradılmalıdır. Bu həyasıza isə demirlər ki, dur get Azərbaycandan üzr istəyin və sonra da çıxın rədd olun işğal etdiyiniz Azərbaycan torpaqlarından. Bununla da hər şey qurtarsın. Amma belə bir xəbər də yayılıb ki, Zohrab Mnatsakanyan Rusiyadan dayılarının ona hədiyyə etdikləri “yağın içində” ballistik raketlərlə qayıdıb. Təki yalan olsun, çünki oradan qayıdandan sonra gecəyarısı yaşayış binalarına raket atırlar ki, görən olmasın".