Kərim karantin qaydalarını pozdu, sonra da dandı --VİDEO
Müğənni Kərim Abbasov sərt şəkildə karantin qaydalarını pozub. DİASPOR.İNFO-nun məlumatına görə, sənətçi bir neçə gün əvvəl dənizkənarı istirahət mərkəzlərindən birindən video paylaşaraq "Dörd ay sonra səhnəyə çıxdım" sözlərini yazmışdı.
Onun bu paylaşımı müzakirələrə səbəb olub, hər kəs Kərimin və məkanın karantin qaydalarını pozduğunu qeyd edib.
Paylaşımı səhifəsindən silən Kərim bu gün başqa bir video yayımlayaraq, öz sözlərini danmağa çalışıb: "Sadəcə, şokdayam. 4 gün əvvəl "Artıq şou-proqramlara start verildi" paylaşımı etdim. İnsanların gözünə rəng qatmaq üçün keçmiş tədbirlərimdən bir paylaşım etdim və belə tədbirlərdən məndə çoxdur. Burada məqsəd sərt karantin günlərində sıxılan insanları azacıq da olsa ötən günlərə qaytarmaq idi. Bundan sui-istfadə etmək istəyənlər bunu insanlara tamamilə başqa formada çatdırıblar.
Əvvəla açıg havada karantin rejimi pozulmur. Əgər rejim pozmaqdısa, getsinlər avtobuslara və metroya baxsınlar".