Dünya Səhiyyə Təşkilatı (ÜST), 2021-ci ilin Çində 2019-cu ilin sonunda ortaya çıxan virus "daha ölümcül" olacağını bildirib. Diaspor info-nun verdiyi məlumata görə, ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus verdiyi açıqlamada bildirir ki, pandemiyanın ikinci ilinin ilkindən daha ölümcül olacağına inanırıq. ÜST-ün ən son məlumatlarına görə, dünya miqyasında Covid-19 səbəbiylə 163 milyon 339 mindən çox insan ölüb.
Hindistandakı pandemiya ikinci dalğasının "ciddi şəkildə narahat olduğunu" bildirən Ghebreyesus bu ölkənin bir çox əyalətində "həyəcanverici yeni hadisələr, xəstəxanalara qaldırılma və ölüm" hallarının qeydə alındığını bildirib.
ÜST-ün məlumatlarına görə, Hindistanda indiyə qədər Covid-19-a tutanların sayı 24 milyonu keçib, ən azı 262 min insan bu xəstəlikdən ölüb. Verilən məlumata görə, son 24 saat ərzində koronavirusdan ölənlərin sayı 4 mindən çox olub.
Ghebreyesus Nepal, Şri Lanka, Vyetnam, Kamboca, Tayland və Misir də daxil olmaqla bir sıra ölkələrdə vəziyyət ürəkaçan deyil. ÜST digər ölkələrin Fransa və İsveçdən nümunə götürməsini tövsiyyə edib. Fransa və İsveçdə əhali peyvəndləndikdən sonra virus azalıb. ABŞ və Kanada son həftələrdə yeniyetmələrin peyvənd edilməsinə icazə verilən ölkələr arasındadır.
ÜST məlumatlarına görə, indiyədək dünya miqyasında 1 milyard 26 milyon doz peyvənd edilib.
Müəllif: Qönçə Quliyeva