ŞƏRİF KƏND KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASINA TƏCRÜBƏLİ PEDAQOQ RƏHBƏRLİK EDİR.
ŞƏRİF KƏND KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASINA TƏCRÜBƏLİ PEDAQOQ , ÖMRÜNÜN QIRX BEŞ İLİNİ MƏHZ PEDAQOJİ FƏALİYYƏTƏ HƏSR EDƏN ŞƏRİFOVA MƏRYƏM ABUTALİB QIZI RƏHBƏRLİK EDİR. GƏNC BAĞÇA MÜDİRLƏRİ ÜÇÜN BU TƏCRÜBƏLİ PEDAQOQDAN ÖYRƏNİLƏSİ ÇOX ŞEY VARDIR.
Şərif kəndi daha çox azsaylı xalqların azərbaycanlılarla birgə və kompakt yaşadığı yaşayış məskənlərindəndir. Rayon mərkəzindən xeyli uzaq olmasına baxmayaraq, müasir dövrün tələblərinə cavab verən təhsil ocaqları ilə təmin olunublar. Və bütün bunlara baxmayaraq Şərif kəndində tikilən körpələr evi-uşaq bağçası heç də rayon mərkəzlərindəkilərdən seçilmir.
Ümumiyyətlə körpələr evi-uşaq bağçası deyiləndə istər-istəməz insanın çöhrəsində təbəssüm yaranır. Düşünürəm ki, elə bir varlıq tapmazsanki, o öz körpəsini sevməsin.
Məlumdur ki, bu gün respublikamızın çox yerində körpələr evi-uşaq bağçaları əsasən sovetlər birliyi dövründə tikilənlərdir. Bu gün köhnə bağçalarla yanaşı təkcə paytaxt Bakı şəhərində deyil, Respublikanın hər yerində müasir dövrün tələblərinə tam cavab verən körpələr evi-uşaq bağçaları da yetərincə vardır.
Heydər Əliyev fondunun tikdirdiyi Körpələr evi-uşaq bağçaları isə öz gözəlliyi ilə daha çox seçilir. Bundan əlavə Elm və Təhsil nazirliyinin xətti ilə tikilən bağçalarımız da göz oxşayır.
Əsasən bölgələrdə bu tip bağçalara daha çox rast gəlinir ancaq Şərif kənd körpələr evi-uşaq bağçasının kollektivi və körpə balalarımız üçün müasir dövrün tələblərinə tam cavab verən bir bina tikilibdir.
Şərif kənd körpələr evi-uşaq bağçasında biri tibb bacısı olmaqla beş tərbiyəçi və texniki işçiləri ilə birgə səkkiz nəfər körpələrimizə xidmət göstərirlər. Şərif kənd körpələr evi-uşaq bağçasının müdiri Şərifova Məryəm Abutalib qızı 1979-cu ildə pedaqoji fəaliyyətə başlayıb və
1996-cı ildən bağça müdiri kimi pedaqoji fəaliyyətini davam etdirir. Şərif kənd körpələr evi-uşaq bağçasında iki qrup, orta və böyük yaş qrupları fəaliyyət göstərir.
Qırx yerlik körpələr evi-uşaq bağçasının binası kənd məktəbi ilə yanaşı tikilmişdir və xüsusi bir zövqlə tikilib desək, yanılmarıq. Şərif kənd körpələr evi-uşaq bağçasının bütün kollektivi istər içəridə, istərdə təhsil ocağının həyətində çox gözəl səliqə-səhman yaradıblar.
Düşünürük ki, belə yüksək səviyyədə təmizliyə nail olmaq və uşaqların rahatlığı üçün bütün şəraiti yaratmaq üçün həqiqətən də, kollektiv və rəhbərlik birgə, həm də, sevgiylə işləməlidir. Şərif kənd körpələr evi-uşaq bağçasının müdiri Məryəm Şərifova bütün bunlara yüksək səviyyədə nail olub desək, yanılmarıq. Sözügedən körpələr evi-uşaq bağçasının uşaqları mütəmadi olaraq rayonda keçirilən müxtəlif tədbirlərdə öz bilik və bacarıqlarını nümayiş etdirirlər.
Əlbəttə ki, bunun üçün təhsil sektorunun bağçalarla işləyən metodistlərinin də rolunu danmaq olmaz. Tanıdığımız bəzi rayonlarda bu sahədə çalışan metodistlərin işi elə də nəzərə çarpmır, ancaq elə rayonlarda vardır ki, həqiqətən də bağça ilə təhsil sektorunun işi ideal vəziyyətdədir. Balakən rayon Təhsil sektorunun Körpələr evi-uşaq bağçaları ilə işləyən metodisti Qumru Daanovanın bağçalarla birgə işi də sözün hər mənasında nümunə göstəriləcək səviyyədədir.
Şərif kənd körpələr evi-uşaq bağçasının müdiri Məryəm Şərifova da rayonda sayılıb-seçilən bağça müdirlərindəndir. Bağçanın özünün sosial şəbəkələrdə səhifəsi olduğuna görə mütəmadi olaraq keçirilən bütün tədbirləri orada paylaşırlar. Onların səhifəsinə daxil olarkən rəngarəngliyi, körpələrin fitri istedadını həmin paylaşmalarda açıq-aydın görmək olur. Baxmayaraq ki, rayon mərkəzindən xeyli uzaqdadır, ancaq sektor rəhbərliyi tərəfindən də, həmişə diqqətdə saxlanılır.
Balakən rayon təhsil sektorunun müdiri, şəhid bacısı Mehparə Murtuzəliyeva təyin olduğu qıssa müddətdə uşaq bağçaları da daxil olmaqla təhsil sahəsində xüsusi bir canlanma başlayıb. Uzun müddət ciddi, savadlı, öz peşəsinə və şəxsiyyətinə hörmət edən müdir üçün qəribsəyən təhsil işçiləri öz işlərinə daha məsuliyyətlə yanaşmağa başlayıblar.
Diaspor.info
Balakən