Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, 16 min xarici könüllülərdən ibarət qrupun birinci hissəsi Ukrayna uğrunda döyüşməyə hazırlaşır.
Diaspor info-xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Ukrayna artıq ölkəmizə gələn əcnəbi könüllülərlə görüşür, 16 mindən ibarət qrupun bir qismi azadlığımızı müdafiə etməyə hazırlaşır", - deyə Zelenski videomüraciətində söyləyib.
Ukrayna dövlət başçısının könüllü döyüşçülərin müharibədə iştirakı ilə bağlı sözləri sosial şəbəkədə geniş müzakirə olunur.
148