• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək

5-05-2024, 09:00 | Baxılıb: 422
“Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək

Dövlət İmtahan Mərkəzi mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.

Bu barədə Diaspor.info-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, həftəsonu əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı və buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı keçiriləcək.

Daha əvvəl qeyd edilib ki, imtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər.

İmtahanlarda 11 943 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda 38 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Ümumilikdə imtahanların idarə olunmasına 52 ümumi imtahan rəhbəri, 141 imtahan rəhbəri, 1 121 nəzarətçi, 160 buraxılış rejimi əməkdaşı və 52 bina nümayəndəsi ayrılıb.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunur.скачать dle 10.6фильмы бесплатно


422

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.