Bildirilir ki, Rusiya digər mallar kimi təbii qaz üçün də rublla ödəniş tələb edəcək.
Diaspor info-nun əldə etdiyi məlumata görə, Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov bildirib: “Rusiya tarixdə ən böyük sanksiyalar yükü altındadır və bu, dollar və avroya olan inamı tez bir zamanda sarsıdacaq.
Rusiya digər mallar kimi təbii qaz üçün də rublla ödəniş tələb edəcək. Rublla ödənilmədiyi təqdirdə təbii qaz müqavilələri dayandırılacaq.
Qaz tədarükü üçün ödənişlər aprelin 1-dən başlayacaq.”
Bu arada, Latviyanın “Latvijas Gāze” şirkəti Rusiya qazının pulunu rublla ödəmək imkanını nəzərdən keçirir.
“İlkin təəssürata görə, Rusiya rublu ilə hesablaşma proseduru rəsmi olaraq sanksiyalar rejimini pozmur və bu mümkündür”, - deyə şirkət bildirir.
Təşkilat əlavə edib ki, hazırda yeni ödəniş üsulunun hüquqi bazası formalaşdırılır.
Daha əvvəl “Latvijas gāze”nin idarə heyətinin sədri Aigars Kalvitis Rusiyadan təbii qazın tədarükü üçün ödənişin rublla mümkün olmadığını bildirib.
O, ödənişlərin müqavilədə avro ilə nəzərdə tutulduğunu əsas gətirib.