Pentaqon və Ağ ev Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya Amerika silahlarından atəş açmasından narahatdırlar
Reuters agentliyinin məlumatına görə, Vaşinqton mənbələri xəbər verirlər ki, ABŞ Ukraynaya Rusiyanın sərhədyanı ərazilərinə zərbələrin endirilməməsi üçün xəbərdarlıq edib. Diaspor info adəçəkilən agentliyə istinadən məlumat verir ki, Vaşinqton bu kimi zərbələr nəticəsində Ukrayna hüdudlarından kənarda eskalasiya riskinin artacağı situasiyasını görür. “Xüsusilə Pentaqon və Ağ ev Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya Amerika silahlarından atəş açmasından narahatdırlar”, deyə yazan Reuters əlavə edir ki, amerikalılar eyni zamanda ukraynalılara coğrafi məhdudiyytlər qoyaraq onların əl-qollarının bağlanmasını da istəmir.
Qeyd edək ki, mövcud müharibədə ABŞ-ın Ukraynaya hərbi yardımının qiyməti 3,9 milyard dolları təşkil edir.
Müəllif: Rövşən