• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanda enerjidoldurma məntəqələrində onlayn ödənişlər üçün proqram təminatı yaradılacaq

11-05-2024, 20:00 | Baxılıb: 244
“Azərbaycanda enerjidoldurma məntəqələrində onlayn ödənişlər üçün proqram təminatı yaradılacaq

Azərbaycanda elektrik enerjisi doldurma məntəqələrinin (EDM) yerləşdiyi yerlər üzrə məlumatların paylaşılması və EDM-lərdə istehlak olunan elektrik enerjisinə görə onlayn ödənişlərin aparılması üçün xüsusi vahid proqram təminatı yaradılacaq və ya mövcud proqramlar əlaqələndirilərək daha da təkmilləşdiriləcək.
Diaspor info xəbər verir ki, bu, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.

Məlumata görə, layihə iyulun 1-dək “Azərişıq” ASC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“İnnovasiyalar Mərkəzi” MMC), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (özəl sektor cəlb edilməklə) tərəfindən hazırlanmalıdır.

Həmçinin qeyd edilən dövrədək EDM-lərin yaradılması, qeydiyyatdan keçirilməsi və fəaliyyətə başlaması üzrə bütün prosedurları və xərcləri özündə əks etdirən proseslər xəritəsinin hazırlanmalı və Komissiyaya təqdim olunmalıdır.

Xəritə “Azərişıq” ASC, Energetika Nazirliyi (o cümlədən Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi), Rəqəmsal İnkişaf və Nəqliyyat (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi), İqtisadiyyat, Daxili İşlər nazirlikləri və digər aidiyyəti qurumlar tərəfindən hazırlanmalıdır.скачать dle 10.6фильмы бесплатно


244

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.