Avrropa İttifaqının xarici işlər nazirləri bazar ertəsi Lüksemburqda planlaşdırılan görüşdə Ukraynadakı hərbi əməliyyatı, ilk növbədə onun ərazisindən taxıl ixracı imkanlarını müzakirə edəcəklər.
Bundan əlavə, Ukrayna taxılınıın potensial alıcılardan biri olan Misirlə əlaqələri də nəzərdən keçirəcəklər.
Diaspor info bu barədə TASS-a istinadən xəbər verir.
Avrropa İttifaqının xarici siyasət xidmətindəki mənbənin Brüsseldə keçirdiyi brifinqdə jurnalistlərə verdiyi məlumata görə, iclas çərçivəsində xarici işlər nazirləri səviyyəsində Avrropa İttifaqı-Qazaxıstan Əməkdaşlıq Şurası da keçiriləcək.
Mənbənin sözlərinə görə, Avrropa İttifaqı “dəniz yolu ilə taxıl ixracı səylərini dəstəkləyir”, lakin Avrropa İttifaqı missiyasının gəmiləri taxılla müşayiət etmək imkanını nəzərdən keçirmir. O, Avrropa İttifaqının “Rusiya ilə Ukrayna taxılının Belarus vasitəsilə ixracını müzakirə etmədiyini” vurğulayaraq, Ukraynadan taxıl ixracı naminə Minskə qarşı sanksiyaları ləğv etməyin mümkün olmadığını qeyd edib.
Ağasəf Babayev