Ukraynalı müdafiəçilər Luqansk vilayətində müdafiəni gücləndirir və Xerson vilayətini tədricən azad edirlər.
Diaspor info-nun əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Prezident Volodimir Zelenski axşam müraciətində danışıb.
“Cəbhə xəttində vəziyyət ciddi şəkildə dəyişməyib. Ukrayna ordusu taktiki hərəkətlərin köməyi ilə Luqansk vilayətində müdafiəni gücləndirir. Həqiqətən də orda hazırda vəziyyət daha ağırdır. İşğalçılara çox ciddi təzyiqlər göstərirlər. Onlara Donetsk istiqamətində, Xarkov vilayətində də təzyiqlər göstərirlər”, – Prezident bildirib.
Zelenski vurğulayıb ki, Rusiyanın “amansız” və “həyasız” artilleriya atəşi işğalçılara heç nə verməyəcək, düşmən ordusu istənilən rasionallığa “kardır”: “İşğalçılar sadəcə dağıdır, öldürürlər və bununla da guya yerində durmadıqlarını komandanlığa göstərirlər”.