• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İranda aksiyalar səngimir, tələbələrin müəmmalı zəhərlənməsi də davam edir

27-02-2023, 21:00 | Baxılıb: 213
“İranda aksiyalar səngimir, tələbələrin müəmmalı zəhərlənməsi də davam edir

İranın bir sıra şəhərlərində təqaüdçülər və sosial pensiyaçılar hakimiyyətin vətəndaşların tələblərinə hörmətsizlik etməsinə etiraz olaraq yürüş-mitinq keçiriblər.

Diaspor.info “RadioFarda”ya istinadən xəbər verir ki, Şuş və Əhvaz şəhərlərindəki aksiyada “Yetər vədlər, bizim süfrəmiz boşdur!” şüarı səsləndirilib.

Qeyd edək ki, təqaüdçülər müavinətlərinin azlığına və yaşayış şəraitinə etiraz olaraq bir neçə gün əvvəl də aksiya keçirmişdilər. Lakin Tehran hökuməti onların tələblərinə hələ də cavab verməyib.

Bundan başqa, İsfahan şəhərində dəmir yolu, poladəritmə, kimyəvi zavodun və metalurgiya kombinatının fəhlələri irəli sürdükləri sosial tələblərin yerinə yetirilməməsinə etiraz olaraq mitinq keçiriblər. İran polisi dinc aksiyaya hücum edib. Onlarla şəxs saxlanılıb.

Məlumata görə, İsfahan Metalurgiya zavodunun fəhlələri ötən aylarda da dəfələrlə tətil edib. Onlar aylıq əməkhaqlarının artırılmasını, vəzifə təsnifatı planı ilə bağlı tələblərinin yerinə yetirilməsini istəyiblər. Ancaq üç ay keçsə də, onların tələbləri hələ də yerinə yetirilməyib.İnformasiyaya əsasən, Tehran, Şiraz və başqa şəhərlərdəki universitetlərdə tələbələrin, müəllimlərin hicab qaydalarına əməl etməsinə dair məcburi konsultasiya tədbiri keçirilir.

İranın keçmiş Baş naziri, “Yaşıllar hərəkatının” lideri Mirhüseyn Musəvi və həyat yoldaşı Zəhra Rahnavardə tətbiq olunan məhdudlaşdırıcı tədbirlər daha da sərtləşdirilib. Bildirilib ki, onlar hazırda ev dustağıdır. Hər ik lider “Qadın, həyat və azadlıq!” şüarı altında keçirilən aksiyaları dəstəkləyiblər.

Tehran hakimiyyətinin məhkəmə sistemi bəhai dinin nümayəndəsi Peyam Vəlini ümumxalq etiraz aksiyalarında iştirakına görə 16 il müddətinə azadlıqdan məhrum edib.

Kərəc şəhərində yaşayan P.Vəli Cinayət Məcəlləsinin iğtişaş yaratmaq, İran hakimiyyətinə qarşı təbliğat aparmaq kimi maddələr üzrə təqsirli bilinib.

İranın bir sıra şəhərlərində tələbələrin ərzaqdan müəmmalı zəhərlənməsi davam edir. Professor Məhəmməd Təki Fazel Meybodi “Şebeke-Şark”a müsahibəsində bu hadisənin qəsdən törədildiyini bildirib.

Məlumata görə, Sistan-Bəlucistanda keçirilən etiraz aksiyaları fonunda əyalətin polis rəisi son bir neçə ayda ikinci dəfə dəyişdirilib. Bildirilib ki, Dostəli Cəlilian hazırkı rəis Məhəmməd Qənbərini əvəzləyib. M.Qənbəri bu vəzifəyə noyabrın ortalarında təyin olunmuşdu.

Yeni rəisin kollektivə təqdim olunması mərasimində İranın hüquq-mühafiə qüvvələrinin baş komandanı, general Əhmədrza Radan da iştirak edib.скачать dle 10.6фильмы бесплатно


213

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.