• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Volodimir Zelenski Sum vilayətində olub və Axtırka şəhərinə “Qəhrəman şəhər” fəxri mükafatını təqdim edib

29-03-2023, 11:00 | Baxılıb: 192
“Volodimir Zelenski Sum vilayətində olub və Axtırka şəhərinə “Qəhrəman şəhər” fəxri mükafatını təqdim edib

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Sum vilayətində olub. O, səfər zamanı Axtırka şəhərinə “Qəhrəman şəhər” fəxri mükafatını təqdim edib.

Bu barədə Diaspor.info Ukraynanın dövlət başçısının Telegram kanalına istinadla xəbər verir.

“Bu gün Axtırka şəhərinə qəhrəman şəhər, müdafiəçi şəhər, qalib şəhər fəxri mükafatını təqdim etmək mənim üçün şərəfdir. Biz Sum vilayətində, bizim Axtırka şəhərində əsl kazak rəşadətini və öz insanlarımızın - ukraynalı qəhrəman kişi və qadınların yenilməzliyini, burada öz şəhəri, torpağı və bununla da dövlətimiz - Ukrayna uğrunda döyüşənlərin, bu yerlərdə rus kolonnalarını məhv edənlərin və bununla da Ukraynaya, onun xalqına qarşı bütün düşmən planları pozanların, ötən ilin payızında Axtırkada, qonşu şəhərlərdə, qəsəbələrdə bir-birinə kömək edənlərin və beləliklə, daha çox Ukrayna baharları üçün düşməndən vaxt qazananların igidliyini təntənə ilə qeyd edirik. Azad baharlar naminə!”

Dövlət başçısı vurğulayıb ki, işğalçıya boyun əyməyən, azadlıq və Ukrayna uğrunda savaşan bir çox vətəndaşın, bir çox qəhrəman şəhərlərin şücaəti Ukraynanın qalib gəlməsinə əminliyin rəhnidir.

Volodimir Zelenski əmindir ki, Axtırka və Sum vilayəti uğrunda döyüşlərdə ukraynalılar digər şəhərləri də, xüsusilə də Xarkov və Kiyevi də müdafiə ediblər.

Qeyd edək ki, dünən Sum vilayətindəki Axtırka şəhəri uğrunda döyüşlərin aktiv fazasının başa çatmasından bir il ötüb.скачать dle 10.6фильмы бесплатно


192

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.