• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyədə erməni vandalizmindən bəhs edən toplu çapdan çıxıb

1-04-2023, 15:00 | Baxılıb: 201
“Türkiyədə erməni vandalizmindən bəhs edən toplu çapdan çıxıb

Türkiyədə “Radikal erməni ünsürləri tərəfindən törədilən vəhşiliklər və vandalizm” adlı məqalələr toplusu nəşr olunub.

Bu barədə Diaspor.info-ya AMEA-nın Naxçıvan Bölməsindən məlumat verilib.

Dörd bölmədən ibarət topluya tarix, sosiologiya, arxeologiya, sənət tarixi və memarlıq üzrə 17 elm adamının məqalələri daxil edilib. AMEA-nın Naxçıvan Bölməsinin 7 nəfər əməkdaşı həmin həmmüəlliflər sırasındadır.

Topluda AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevin “Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları (1918-1920)”, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin “Qərbi Azərbaycanda müsəlman abidələrindəki kitabələrin yox edilmə müddəti və erməni vandalizmi”, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Tarixdə və günümüzdə erməni iddiaları”, tarix elmləri doktoru, dosent Emin Şıxəliyevin “XX əsrin əvvəllərində İngiltərənin Cənubi Qafqaz siyasətində erməni faktoru və Azərbaycana təsirləri (İngilis arxiv materialları əsasında)”, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin “I Pyotrun Azərbaycana yürüşü zamanı ermənilərin fəaliyyəti və Naxçıvanla bağlı planları”, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev və filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovun “Erməni işğalı altındakı Azərbaycan ərazilərinin adlarının dəyişdirilməsi və türklərdən “tarix” oğurluğu” adlı məqalələr yer alıb.

Nəşrin “Siyasi və sosial tarix” adlı ilk bölməsində XIX əsrin ortalarından başlayaraq artan erməni üsyanları, qətliamlar və siyasi yeniliklərdən bəhs olunur, əsassız erməni iddiaları cavablandırılır.
“Radikal erməni ünsürləri tərəfindən törədilən qətliamların arxeoloji dəlilləri” başlıqlı növbəti bölmədə erməni silahlı dəstələrinin, xüsusilə Şərqi Anadoluda törətdikləri qətliamlar arxeoloji tapıntılara əsaslanmaqla şərh olunur.

“Azərbaycanda türk mədəniyyət abidələrinə edilən vandalizm” adlı üçüncü bölmədə erməni quldurlarının Azərbaycan torpaqlarında və indiki Ermənistan ərazisində məhv etdikləri maddi mədəniyyət abidələrindən söz açılır.

“Türkiyədəki erməni mədəniyyət abidələrinin tanıdılması və qorunması istiqamətində işlər” başlıqlı sonuncu bölmədə isə qardaş ölkə ərazisindəki erməni abidələrinin bərpası və qorunması istiqamətində görülən işlərin bir qismi qeyd olunur, məsələ ilə əlaqədar sənədlər təqdim olunur.

Yenicə çap olunan əsər himayədarlarının dəstəyinə arxalanan ermənilərin, habelə havadarlarının qələmə verməyə çalışdıqları “erməni məsələsinin” əksinə olaraq real tarixi faktlara əsaslanmaqla, əsl həqiqətlərin aşkara çıxarılması və təbliği məqsədi daşıyır. Türk və Azərbaycan alimlərinin erməni vandalizmi ilə bağlı apardıqları araşdırmalar Anadoluda və Cənubi Qafqazda ermənilərin bilavasitə iştirakı ilə baş tutan hadisələrə obyektiv yanaşmanı təmin edir.скачать dle 10.6фильмы бесплатно


201

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.