Türkiyədə keçiriləcək prezident seçkilərində Gəncədən səs vermək üçün qeydiyyata alınan türk vətəndaşların sayı açıqlanıb.
Türkiyənin Gəncədəki Baş konsulluğundan Diaspor.info-ya verilən məlumata görə, qardaş ölkədə keçiriləcək prezident və parlament seçkilərində iştirak edəcək türk vətəndaşları Baş konsulluğa gələrək qeydiyyatdan keçiblər. Qeydiyyatdan keçən türk vətəndaşların sayı 1700 nəfərə yaxındır.
Onlar 5, 6 və 7 may tarixlərində Türkiyəyə getmədən Azərbaycanda səslərini istədikləri namizədə verə biləcəklər. Seçicilərin böyük qismi tikinti şirkətlərində işləyənlər və tələbələrdir.
82