• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Slovakiyanın macar əhalisi yox ola bilər

10-04-2023, 09:00 | Baxılıb: 255
“Slovakiyanın macar əhalisi yox ola bilər

2021-ci ildə Slovakiyada keçirilən əhalinin siyahıyaalınmasına əsasən, bu ölkədə yaşayan macarların sayı 420 min nəfər olub. Bu, son 30 ildə ölkənin macar əhalisinin əhəmiyyətli dərəcədə - 150 min nəfər azaldığını göstərir. Dinamika nəzərə alınmaqla, gələcəyə proqnozlar çox da təsəlliverici olmaya bilər.

Diaspor.info xəbər verir ki, “Területi Statistika” (“Ərazi statistikası”) jurnalında dərc olunmuş hesabata görə, gələn əsrdə Slovakiyada macar əsilli bir nəfər də qalmaya bilər, buna görə də Slovakiyanın macar icmasını gələcəkdə nə gözləyəcəyi aydın deyil, halbuki bu gün etnik macarlar Rumıniyadakı Transilvaniya macarlarından sonra xaricdə yaşayan ikinci ən böyük diasporu təşkil edir.

Araşdırmanın müəllifləri - Bratislava Universiteti və Budapeştdəki Otvöş Lorand Tədqiqat şəbəkəsindən olan iki macar tədqiqatçıdır. Sosioloqlar tərəfindən dərc olunan qrafik Slovakiyanın macar əhalisinin keçən əsrdən bəri azalan dinamikasını nümayiş etdirir. 1910-cu ildə Avstriya-Macarıstan imperiyasının bir hissəsi olan Slovakiya ərazisində 900 min etnik macar yaşayırdısa, 2021-ci ilə qədər onların sayı yarıyadək azalıb.

Bunun bir neçə səbəbi var. Macar icmasının yaşadığı regionlarda işsizlik nisbətən yüksəkdir - bunlar isə ölkənin cənub rayonlarıdır. Digər bölgələrlə müqayisədə burada təhsil səviyyəsi aşağı olan insanlar daha çoxdur, yol şəbəkəsi isə zəif inkişaf edib. Macar şəhər və kəndlərində, bir qayda olaraq, slovak dili hətta macarlara məxsus müəssisələrdə də istifadə olunur.

Ölkədə çox sayda – 30 faizdən çox qarışıq nikahlar bağlanır, lakin bu ailələrdə dünyaya gələn uşaqların 80 faizi slovak olur. Bundan əlavə, bir çox macar uşaqları slovak məktəblərində təhsil alırlar. Son 15 ildə 50 macar ibtidai məktəbi və iki orta məktəb bağlanıb. 2011 və 2021-ci illərdəki siyahıyaalmaları müqayisə etdikdə məlum olur ki, on il ərzində macar əhalisi 37 min nəfər azalıb. Xətti tendensiya əsasında hesablamalar göstərir ki, 2121-ci ilə qədər Slovakiyada etnik macarlar tamamilə yox ola bilər.скачать dle 10.6фильмы бесплатно


255

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.