• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Hulusi Akar: "Sonuncu terrorçu məhv edilənədək mübarizəmizi davam etdirəcəyik"

14-04-2023, 11:30 | Baxılıb: 241
“Hulusi Akar:

"Terror təşkilatları çökürlər və hazırda onlar xeyli çətinliklərlə üzləşiblər".

Diaspor.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar Kayseridə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda terror təşkilatlarına üzvlük sıfır səviyyəsindədir və buradan qaçış halları çoxalıb: "Artıq terror təşkilatlarının üzvləri çöküş prosesini etiraf edirlər. Biz bunu dünyanın da görməsini gözləyirik".

H.Akar bildirib ki, sonuncu terrorçu məhv edilənədək Türkiyə Silahlı Qüvvələri mübarizəsini davam etdirəcək: "Şəhidlərimizin qanını yerdə qoymuruq və qoymayacağıq. Hərbçilərimiz də vəzifələrini layiqincə icra edirlər".

Suriyanın şimalında terror dəhlizi qurmaq istəyənlərin olduğunu xatırladan nazir Türkiyənin buna imkan vermədiyini vurğulayıb: "Terrorçuların arxasında kim olursa dursun, onlara necə kömək lazımdırsa göstərilsin - bütün buna baxmayaraq, biz yenə də vəzifəmizi icra edəcəyik. Bizim kimsənin dini və irqi ilə işimiz yoxdur, amma terrorla məsafə saxlamayanlarla ciddi problemimiz var".

H.Akar qeyd edib ki, Türkiyə hazırda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə yanaşı terrorla mübarizəni də davam etdirir: "Türkiyə indi çox ciddi mübarizə aparır. Bu mübarizəmiz uğurludur. Mübarizəmizin nə qədər uğurlu olduğunu, nə qədər çox məsafə qət etdiyimizi bütün dünya gördü. Fevralın 6-da baş vermiş zəlzələdən sonra Türkiyə Silahlı Qüvvələri bütün imkanları ilə vətəndaşların yanındadır. Həmin zəlzələ əsrlər boyu gördüyümüz ən ciddi təbii fəlakət idi. Amma 81 vilayətdə 85 milyon vətəndaşımız da dövlətin yanında oldu. Yəni çiyin-çiyinə verdik, qarşılıqlı əməkdaşlıq nəticəsində yaralarımızı sağaltmağa başladıq. Bu mübarizəyə indi də davam edirik. Silahlı Qüvvələrimiz həmişə xalqın yanındadır".скачать dle 10.6фильмы бесплатно


241

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bakı Limanına yeni baş direktor təyin edilib
Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir
Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Bakı Limanına yeni baş direktor təyin edilib

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.