• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“TCG Anadolu” gəmisini beş gündə 61 mindən çox insan ziyarət edib

23-04-2023, 14:00 | Baxılıb: 182
““TCG Anadolu” gəmisini beş gündə 61 mindən çox insan ziyarət edib

Türkiyənin dinamik inkişaf edən müasir hərbi sənayesinin ən mühüm nümunələrindən olan “TCG Anadolu” gəmisini beş gündə 61 min 231 nəfər ziyarət edib.

Diaspor.info Anadolu agentliyinə istinadla xəbər verir ki, vətəndaşlar Türkiyənin ən böyük hərbi gəmisini görmək üçün Sarayburnu limanına axın edirlər. “TCG Anadolu” gəmisi təkcə ilk gündə 8720 nəfər tərəfindən ziyarət olunub.

Türkiyənin texnoloji inkişafının ən bariz nümunələrindən olan “TCG Anadolu” gəmisinin istehsalı zamanı 70 faiz yerli materiallardan istifadə edilib. Tikintisinə 2016-cı ilin aprelində başlanılan hərbi gəmi 2019-cu ilin iyununda uğurla suya buraxılıb. Gəmi 2022-ci ildən başlayaraq sınaqlardan keçirilib. Gəminin yanacaq ehtiyatı və sərfiyyatı elə nizamlanıb ki, o, Türkiyədən Yaponiyaya və ya Avstraliyaya qədər fasiləsiz hərəkət edə bilir.

Uzunluğu 231, eni 32 metr olan gəmidə 1200 nəfərlik heyət xidmət edir. Gəmi 94 hərbi texnika, o cümlədən 13 tank, suda istifadə olunan 27 və quruda istifadə edilən 6 zirehli hərbi maşın daşıya bilir. Gəmi 10 helikopter və 11 PUA daşımağa qadirdir. Qəza vəziyyətləri üçün gəmidə 4 kater saxlanılır. Hərbi gəmidə 30 çarpayılıq iki xəstəxana var.

“TCG Anadolu” gəmisi aprelin 23-dək ziyarətçilər üçün açıq olacaq. Həmin gün saat 12.00-da (Bakı vaxtı ilə saat 13.00) İstanbul boğazından keçəcək gəmi 21 top atəşi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və şəhər sakinlərini salamlayacaq.скачать dle 10.6фильмы бесплатно


182

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib
Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir
Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib
Bakı Limanına yeni baş direktor təyin edilib
Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib

Bakı Limanına yeni baş direktor təyin edilib

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.