• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ABŞ-da 2024-cü il prezident seçkiləri üçün namizədlərin sayı artır

8-06-2023, 21:00 | Baxılıb: 268
“ABŞ-da 2024-cü il prezident seçkiləri üçün namizədlərin sayı artır

Gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar və Demokratların vahid namizədlərini müəyyən etmək üçün partiyaların daxilində rəqabət güclənir. Hər iki partiyada Ağ evə yeni iddiaçılar meydana çıxır.
Diaspor.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın 80 yaşlı hazırkı Prezidenti Co Bayden yenidən öz namizədliyini irəli sürmək fikrindədir. Demokratlar partiyasından onunla rəqabət aparacaq əsas fiqurlar Robert Kennedi (kiçik) və yazıçı, siyasətçi Marianne Villyamsondur. Siyasi analitiklər bildirirlər ki, hazırda bu partiyada Baydenin vahid namizəd göstərilmə şansı daha çoxdur.
Respublikaçılardan prezidentliyə vahid namizədlər arasında keçmiş dövlət başçısı Donald Trampla yanaşı, daha 10 siyasətçi prezidentliyə vahid namizəd olmağa iddialıdır. Rəqib Demokratlardan fərqli olaraq, bu partiyada rəqabətin daha gərgin olduğu bildirilir. Belə ki, namizədlər arasında ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens, Florida ştatının qubernatoru Ron De Santis, partiyada Trampın ən sərt tənqidçisi, senator Liz Çeyni, keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton, Birləşmiş Ştatların daha 4 ştatının qubernatorları var. Maraqlıdır ki, eyni partiyanın üzvü olsalar da, bu namizədlərin əksəriyyəti 76 yaşlı Donald Trampın siyasətini tənqid edən siyasətçilərdir.
Hər iki partiyadan olan namizədlərin çıxışları və bəyanatları ABŞ cəmiyyətində böyük maraq doğurur. Onların Rusiya, Ukraynadakı müharibə, Çinlə münasibətlərin gələcəyi ilə bağlı mövqeləri isə daha mühümdür. Bundan başqa, hazırda həm Demokratlar, həm də Respublikaçıların bir sıra siyasi xadimləri indiki administrasiyanın Yaxın Şərq siyasətini kəskin şəkildə tənqid edirlər. Onlar bildirirlər ki, Vaşinqtonun ərəb ölkələri, xüsusən Səudiyyə Ərəbistanı ilə münasibətlərinin möhkəmlənməsi zəruridir. Bu kontekstdə Donald Trampın bəyanatları daha çox marağa səbəb olur.
Qeyd edək ki, ABŞ-da sayca 60-cı olacaq prezident və paralel olaraq ABŞ Senatı və Konqresinə seçkilər 2024-cü il noyabrın 5-də keçiriləcək. Birləşmiş Ştatların Konstitusiyasına əsasən, 35 yaşdan yuxarı, ABŞ-da anadan olmuş və ən azı 14 il bu ölkədə yaşamış vətəndaş prezidentliyə namizədliyini irəli sürə bilər.скачать dle 10.6фильмы бесплатно


268

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.