• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ukraynanın ATƏT-dəki nümayəndə heyəti: “Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik”

2-07-2023, 10:00 | Baxılıb: 195
“Ukraynanın ATƏT-dəki nümayəndə heyəti: “Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik”

“Ukrayna genişmiqyaslı işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycanın sərhədlərinin müəyyənləşdirilməsi, onunla Ermənistan arasında uzunmüddətli münasibətlərin yaradılması prosesini və ümumilikdə Cənubi Qafqazda sülhü bərqərar edə biləcək prosesi dəstəkləyir”.
Diaspor.info xəbər verir ki, bunu Ukraynanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri Nikita Poturayev Vankuverdə ATƏT Parlament Assambleyasının (PA) Daimi Komitəsinin iclasında deyib.
O, ATƏT PA-nın növbəti iclasının payızda İrəvanda keçirilməsi təklifindən danışaraq, bunun Azərbaycan və Ermənistan arasında sülh prosesinə töhfə verə biləcəyini qeyd edib. “Biz ATƏT-in iki ölkə arasında uzunmüddətli sülhün bərqərar olunmasındakı rolunu dəstəkləyirik və bunu yüksək qiymətləndiririk”.
Lakin nümayəndə heyətinin rəhbəri növbəti iclasın yeri ilə bağlı narahatlığını da ifadə edib: “İrəvanda keçiriləcək iclasda iştirak məsələsinə baxacağıq. Birincisi, Rusiya və Belarusun təmsilçilərinin olduğu tədbirdə iştirakımızı təsəvvür etmək çətindir. İkincisi, belə bir görüşdə Ukrayna nümayəndə heyətinin üzvlərinin təhlükəsizliyinin təmin edilməsi məsələsi üzərində düşünməliyik”.
Xatırladaq ki, dünən Kanadanın Vankuver şəhərində ATƏT Parlament Assambleyasının iyulun 4-dək davam edəcək 30-cu illik sessiyası işə başlayıb. İclasda Milli Məclisin deputatları Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev və Tural Gəncəliyev iştirak edirlər.скачать dle 10.6фильмы бесплатно


195

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.