• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Volodimir Zelenskinin qərarı Gürcüstanla Ukrayna arasında gərginliyi artırıb

4-07-2023, 09:30 | Baxılıb: 214
“Volodimir Zelenskinin qərarı Gürcüstanla Ukrayna arasında gərginliyi artırıb

Postsovet məkanın iki dövləti - Gürcüstanla Ukrayna arasında münasibətlər gərginləşir.
Diaspor.info xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Gürcüstanın “Georgian Airways” aviaşirkətinə və şəxsən şirkətin qurucusu Tamaz Qaişviliyə qarşı sanksiyalar tətbiq etmək barədə qərarı ikitərəfli münasibətlərə ciddi təsir edəcək addım kimi qarşılanıb.
Gürcü aviadaşıyıcılarının qarşı tərəfin qəzəbinə tuş gəlmələrinin səbəbi Tbilisinin öz maraqlarından çıxış edərək Rusiya ilə aviadaşımaları bərpa etməsidir. “Georgian Airways” aviaşirkətinin rəhbəri artıq hökumət qarşısında qarşı tərəfə cavab addımları atılmasını tələbi irəli sürüb. Onun sözlərinə görə, Rusiyaya Türkiyə, ərəb ölkələri, İsrail Azərbaycan, Ermənistan Asiya və Mərkəzi Asiya dövlətlərinin aviaşirkətləri uçuşlar həyata keçirir: “Lakin sanksiyalar altına “Georgian Airways” düşür və buna da cavab olmalıdır. Özü də Rusiya ilə aviauçuşların bərpası barədə qərarı məhz Gürcüstan hökuməti qəbul edib”.
Şirkət rəhbəri söyləyib ki, Kiyevin şəxsən ona qarşı qəbul etdiyi sanksiya qərarı siyasidir.
Qeyd edək ki, bir müddət əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvili də aviaşirkətin Rusiyaya uçuşları bərpa etmək barədə qərarına qarşı çıxıb. Şirkət də buna cavab olaraq dövlət başçısını boykot edib, təyyarələri ilə uçmağa qadağa qoyub.
Gürcüstan mediasında yer alan xəbərlərə görə, parlamentin sədri Şalva Papuaşvili gürcü aviaşirkətinə qarşı tətbiq olunan sanksiyaya cavab olaraq Kiyevi ölkəsinə qarşı saysız-hesabsız səhv addımlar atmaqda ittiham edib. Bura Tbilisinin cinayətkar hesab etdiyi baş prokurorun keçmiş müavini Zurab Adeişvili və daxili işlər nazirinin sabiq müavini Giya Lortkipanidzenin ekstradisiyasını həyata keçirməmək də daxildir. Kiyev nəinki onları təhvil verib, əksinə, hər iki şəxsi Ukraynada yüksək ali posta təyin edib. Gürcü tərəfinin başqa bir ittihamı da var - Kiyev eks-prezident Mixail Saakaşvilinin köməyi ilə Gürcüstanda dövlət çevrilişinə cəhddə günahlandırılır.Beləliklə, indi hər kəsi bir sual düşündürür: Tbilisinin cavab addımları necə olacaq? Adekvat sanksiya olacaqmı? Ehtimallara görə, Tbilisi bir müddət gözləyəcək.
Qeyd edək ki, Tbilisi Ukraynanın uzun illər etibarlı müttəfiqi kimi ad çıxarıb. Ukraynada V.Zelenski Prezident seçiləndən sonra bu münasibətlər güclənsə də, Ukraynaya Rusiya təcavüzündən sonra vəziyyət dəyişib.
Kiyev Gürcüstanı Rusiyaya qarşı sanksiyalara qoşulmamaqda, Ukraynada döyüşmək üçün könüllülərin göndərilməsinə mane olmaqda ittiham edir. Buna baxmayaraq, Ukrayna cəbhəsinə düşmək istəyənlərin sayı çoxdur, hətta Ukrayna Silahlı Qüvvələrinin tərkibində ayrıca gürcü batalyonu da fəaliyyət göstərir.скачать dle 10.6фильмы бесплатно


214

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.