• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bu gün Litvada NATO-nun sammiti başlayır

11-07-2023, 14:00 | Baxılıb: 172
“Bu gün Litvada NATO-nun sammiti başlayır

Bu gün Litvanın paytaxtı Vilnüsdə NATO-nun növbəti sammiti başlayır.
Diaspor.info-xəbər verir ki, toplantıda Alyansa daxil olan ölkələrin liderləri iştirak edəcək.
Vilnüs vaxtı ilə saat 13:30-da rəsmi salamlama olacaq. Alyansın Baş katibi Yens Stoltenberq və Litva Prezidenti Gitanas Nauseda ayrı-ayrılıqda bütün liderlərlə görüşəcəklər. Ardınca ailə fotosu çəkiləcək. Saat 15:30-da açılış mərasimi keçiriləcək. Təxminən 1 saat sonra Estoniya, Latviya, Litva arasında hava məkanının təhlükəsizliyi ilə bağlı əməkdaşlıq bəyannaməsi imzalanacaq.
Saat 17:30-da Y.Stoltenberq mətbuat konfransı keçirəcək. Bundan sonra xarici işlər nazirləri səviyyəsində görüş olacaq. Yarım saat sonra müdafiə nazirlərinin iclası baş tutacaq.
Saat 19:00-da dövlət və hökumət başçılarının rəsmi şam yeməyi olacaq.
Vilnüs sammitində bir neçə məsələ müzakirə olunacaq. Onlar beynəlxalq təhlükəsizliyə cari təhdidlər fonunda, xüsusən də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə əlaqədar Şimali Atlantika Alyansının üzləşdiyi çağırışlara aiddir.

Sammitin gündəliyində aşağıdakı mövzular var:

1. Alyans yeni regional müdafiə planları, yeni qüvvə modelləri və sürətli reaksiya bölmələrinin sayının artırılmasını təsdiq edəcək.

2. Ukraynaya dəstək.
3. Müdafiə İnvestisiyaları - NATO üzvü olan ölkələr müdafiə qabiliyyətini artırmaq üçün hər il ÜDM-nin ən azı 2%-ni xərcləyəcəklər.

4. Tərəfdaşlıq məsələləri - Avropa, Hind-Sakit okean regionu və beynəlxalq təşkilatlar, o cümlədən Aİ-dəki tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi. İsveçin NATO-ya daxil olması məsələsi.

5. Təhlükəsizlik çağırışları - iqlim dəyişikliyi üzrə fəaliyyət planının razılaşdırılması, kritik infrastrukturun mühafizəsi sahəsində Aİ ilə əməkdaşlığın genişləndirilməsi. Ən son texnologiyaların, o cümlədən süni intellektin, avtonom sistemlərin və kvant texnologiyalarının inkişafı üçün investisiya fondunun yaradılması.

Alyans Ukraynaya nə təklif edə bilər?

Sammitdən əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Alyansa üzv olan ölkələr Ukraynanın qələbəsini təmin etməyi ən mühüm vəzifə hesab edirlər. Ona görə də Rusiya ilə müharibədə qələbə NATO-ya daxil olmaq məsələdə şərt olacaq. Vilnüs sammitində Alyansın üzvləri Kiyevə güclü dəstək ifadə edəcəklər.

O vurğulayıb ki, Vilnüsdə müttəfiqlərin Ukrayna üçün razılaşdıracaqları məsələlər bunlardır: uzunmüddətli perspektivdə dəstəyin artırılması, Ukrayna və NATO silahlı qüvvələrinin tam qarşılıqlı fəaliyyətini təmin edəcək çoxillik yardım proqramı.

Qeyd edək ki, toplantı 2 gün davam edəcək və sabah, iyulun 12- də başa çatacaq.

Sammitə 10 milyon avro xərclənib

Vilnüs rəhbərliyi sammitə hazırlıq üçün təxminən 10 milyon avro xərcləyib. O cümlədən bir neçə küçədə asfalt örtüyü dəyişdirilib, yeni piyada səkiləri salınıb və infrastrukturda digər abadlıq işləri aparılıb. Hökumət daha əvvəl Litvanın NATO sammitinə ev sahibliyi etmək üçün ümumi xərclərinin təxminən 38 milyon avro təşkil edəcəyini açıqlamışdı. Sammit zamanı Vilnüsdə nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulub və köhnə şəhərin əksər hissəsi yalnız piyadalar üçün əlçatan olacaq.скачать dle 10.6фильмы бесплатно


172

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.