Ukrayna ordusu Rusiyanın işğalı altındakı Donetsk vilayətinin Baxmut şəhərində yeni əraziləri işğaldan azad edib.
Diaspor info-“RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Qeyd olunub ki, Ukrayna ordusu müəyyən ərazilərdə irəliləyişə nail olub və yeni mövqelərdə möhkəmlənib.
Xatırladaq ki, 9 aydan çoxdur ki, Baxmutda ağır döyüşlər gedir.
192