Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı kasset bombalarından istifadə edə biləcəyinə işarə edib.
Diaspor info-xəbər verir ki, bu barədə dövlət başçısı müsahibədə bildirib.
“Əgər onlar bizə qarşı istifadə edilərsə, biz güzgüvari hərəkət hüququmuzu özümüzdə saxlayacağıq”, - o qeyd edib.
O vurğulayıb ki, Rusiyada kasset mərmilərin “kifayət qədər ehtiyatı” var.
“Birləşmiş Ştatlar özü əvvəllər kasetli sursatlardan istifadəni cinayət adlandırıb və buna belə yanaşmaq lazımdır”, - Putin əlavə edib.
166