İyulun 15-də Brüsseldə keçirilən görüşdə Azərbaycan və Ermənistan Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıdığını və bunun əsasında sərhədlərin delimitasiyası və demarkasiyasını keçirmək niyyətini təsdiqləyib.
Diaspor info-“Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O, yaxın vaxtlarda delimitasiyanın kartoqrafik əsaslarının dəqiqləşdiriləcəyini qeyd edib.
82