• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qərbi Azərbaycan İcması BMT-nin Baş katibinə məktub ünvanlayıb

4-08-2023, 11:00 | Baxılıb: 305
“Qərbi Azərbaycan İcması BMT-nin Baş katibinə məktub ünvanlayıb

Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərib.Bu barədə Diaspor.info-ya İcmadan məlumat verilib. Bildirilib ki, İcma A.Quterreşə Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasını təmin etmək barədə İcmanın dialoq təklifindən Ermənistanın yayınması, qayıdış hüququnu inkar etməsi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyasına mane olan təxribatlar törətməsi barədə məlumat verib və Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməsi üçün bu ölkəyə təsir göstərməyə, qayıdış prosesinə yardım etmək üçün Ermənistana BMT-nin xüsusi missiyasını göndərməyə çağırıb.Məktubda deyilir: “Qərbi Azərbaycan İcması tərəfindən Zati-alinizə ünvanlanmış 2023-cü il 7 aprel tarixli məktubda da nəzərinizə çatdırıldığı kimi, Ermənistandan qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətlə geri qayıtması çağırışının davamı olaraq son dərəcə vacib bir məsələ ilə bağlı Zati-alinizə bu məktubu yazırıq.
İcma Ermənistan hökuməti tərəfindən böyük əzab-əziyyətlərə məruz qalmasına baxmayaraq, uzun müddətdir davam edən bu problemin sülh yolu ilə həllinə nail olmaq üçün barışıq, dialoq və anlaşmaya sarsılmaz sadiqlik nümayiş etdirir. Biz 2023-cü il 11 mart tarixində Ermənistanın baş naziri Nikol Paşinyana yazılı müraciət ünvanlayaraq onu bizimlə xoş məramla dialoqa başlamağa və Ermənistanın azərbaycanlıları öz evlərindən qovaraq onları onilliklər boyu məruz qoyduğu ədalətsizliyi aradan qaldırmağa çağırdıq. Ermənistanın baş nazirinə ünvanladığımız məktubun surəti bu məktuba əlavə olunur.
Bununla belə, təəssüflə bildiririk ki, Ermənistan hökuməti İcmanın dialoq çağırışına cavab verməyib. Ermənistan hökuməti nəinki dialoq çağırışımız qarşısında susqunluq nümayiş etdirir, həm də bizim dədə-baba torpaqlarımıza qayıtmağa hüququmuzu təkəbbürlə inkar edərək didərgin salınmış İcmamızın iztirablarını daha da artırır.edirik.
Bundan əlavə, Zati-alinizdən xahiş edirik ki, BMT-nin Azərbaycandakı nümayəndəsinə sülh və insan hüquqları gündəmimizə aid məsələlərlə bağlı İcmamızla dialoqa başlamaq barədə göstəriş verəsiniz.BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vəzifəsində çalışdığınız müddətdə qaçqınların üzləşdiyi çətinliklərlə bağlı əldə etmiş olduğunuz şəxsi biliklərinizə müraciət edirik. Biz Ermənistandan zorla qovulmuş azərbaycanlıların iztirablarının və onların geri qayıtmaq hüququnun həllində Sizin həmrəyliyinizə və məsələyə dərin anlayışınıza bel bağlayırıq.Biz ümid edirik ki, Sizin hörmətli rəhbərliyiniz altında Birləşmiş Millətlər Təşkilatı Qərbi Azərbaycan İcmasının haqq işinə kömək edəcək və uzun müddətdir davam edən bu problemin həllində bizim dinc dialoq təşəbbüsümüzün tərəfdarı olacaq”.скачать dle 10.6фильмы бесплатно


305

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.