Polşa Belarusla sərhədə döyüş helikopterləri yerləşdirib.
Diaspor info xəbər verir ki, bunu Polşa Silahlı Qüvvələri Baş Komandanlığının birinci müavini general Marek Sokolovski bildirib."1-ci Aviasiya Briqadası və 25-ci Hava Briqadasının helikopterləri yenidən qruplaşdırılıb. Artıq onların yerləşdiyi ərazilərin ilkin kəşfiyyatı aparılıb. Aviasiya sahəsində texniki brifinqlər keçirilib", - deyə M.Sokolovski qeyd edib.Onun sözlərinə görə, helikopterlər döyüşə hazır vəziyyətdədir: “Onları tam uçuş lisenziyası olan təcrübəli pilotlar idarə edir. Narahatedici bir hadisə baş verərsə, silahdan istifadə etməkdən çəkinməzlər”.
81