• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

BMT Təhlükəsizlik Şurası Qəzza ilə bağlı yenə də razılığa gələ bilməyib

7-11-2023, 11:30 | Baxılıb: 234
“BMT Təhlükəsizlik Şurası Qəzza ilə bağlı yenə də razılığa gələ bilməyib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Nyu-Yorkdakı mənzil-qərargahında qapalı iclası keçirilib.
Diaspor info xəbər verir ki, Qəzzada baş verənlərdən, oktyabrın 7-dən bu yana 6-cı dəfə toplanan BMT Təhlükəsizlik Şurası yenə də razılığa gələ bilməyib.

Belə ki, iclasdan sonra mətbuata açıqlama verən ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud hələ razılığın əldə olunmadığını deyib. Vud bildirib ki, iclasda münaqişədə humanitar fasilə məsələsi gündəmə gətirilib, lakin Şura qarşısında bu məsələ ilə bağlı hələ də müxtəlif fikirlər var.

Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jung isə xəstəxanalara, qaçqın düşərgələrinə və BMT obyektlərinə hücumları müzakirə etmək üçün Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə BMT Təhlükəsizlik Şurasını topladıqlarını bildirib. Qəzza zolağında 10 mindən çox fələstinlinin ölməsini "humanitar böhran" olaraq xarakterizə edən Zhang Qəzzada heç kimin təhlükəsiz olmadığını bildirib. Zhang vurğulayıb ki, bu dəhşətli vəziyyət qarşısında BMT Təhlükəsizlik Şurası təcili olaraq qətnamə qəbul etməli və humanitar atəşkəs yaratmalıdır.

Birləşmiş Ərəb Əmirliklərinin BMT-dəki daimi nümayəndəsi Lana Nuseybe bütün Şura üzvlərinin sahədəki humanitar vəziyyətin ciddiliyindən xəbərdar olduqlarını ifadə edərək, “Onlar münaqişələr davam etdikcə vəziyyətin daha da pisləşəcəyinin fərqindədirlər” deyib.

Humanitar vəziyyəti yaxşılaşdırmaq və can itkisini dayandırmaq üçün ümumi konsensus olduğuna diqqət çəkən Nuseybe əlavə edib: “Bizim prioritetimiz həyatları xilas etməkdir”.скачать dle 10.6фильмы бесплатно


234

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.