• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

KİV: “Ermənistan əhalisinin yarıdan çoxu antisemitdir”

19-12-2023, 10:00 | Baxılıb: 209
“KİV: “Ermənistan əhalisinin yarıdan çoxu antisemitdir”

Ermənistanın yetkin əhalisinin yarıdan çoxu antisemit fikirdədir.
Diaspor info xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşrində dərc olunan “Ermənistanda antisemitizm: Faktlar haqqında danışaq” adlı məqalədə qeyd edilib.

“Erməni antisemitizmi realdır və ona məhəl qoymamaq olmaz. Aydındır ki, Ermənistan rəsmiləri bu mənzərəni təhrif etməyə çalışırlar və ikili oyuna üstünlük verirlər. Belə ki, onlar ölkə daxilində antisemitizmi dəstəkləyir, amma beynəlxalq səviyyədə onun mövcud olmadığını göstərirlər. Lakin bununla bağlı faktlar göz qabağındadır”, - məqalədə vurğulanıb.

Müəllifin sözlərinə görə, son bir ildə Ermənistanda çox sayda antisemit hadisə baş verib, bunların bəzilərinə isə bu ölkənin hakimiyyəti diqqət belə yetirməyib: “Üstəlik, son bir ildə nifrətin miqyası, həmçinin internetdə İsrail və yəhudilərə qarşı fikirlərin səviyyəsi xeyli artıb. 2023-cü ilin sentyabrından bəri Ermənistandakı yeganə sinaqoq üç dəfə ardıcıl olaraq yandırılmağa cəhd edilib. Son iki yanğın hücumunun arxasında duran qrup, Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu" (ASALA) bütün dünyada ravvinləri, israilliləri hücumla hədələyib, HƏMAS və “Hizbullah”ın addımlarını mədh edib”.

O, həmçinin bildirib ki, İsrailin Diaspor İşləri və Antisemitizmlə Mübarizə Nazirliyi rəsmi hesabatlarında Ermənistandakı antisemit mühiti qeyd edib, bununla bağlı sonuncu hesabat 2023-cü il sentyabrın 25-də dərc olunub.
Həmin hesabatda vurğulanıb ki, ermənilər İkinci Dünya Müharibəsi zamanı yəhudilərin kütləvi şəkildə öldürülməsini Qarabağdakı vəziyyətlə müqayisə edərək Holokostdan hələ də təbliğat məqsədilə istifadə edirlər.

Bundan başqa, sentyabrın əvvəlində Diaspor İşləri Nazirliyi məlumat verib ki, Avropanın tanınmış yəhudi təşkilatı olan “Rabbinical Center” Ermənistan rəsmilərindən Holokostdan təbliğat məqsədləri üçün istifadə etməyi dayandırmağı xahiş etdikdə, sosial şəbəkələrin erməni seqmentində antisemitizm ritorikasında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunub.

Məqalədə qeyd edilib ki, bunlar son bir ildə erməni antisemitizminin bir neçə nümunəsidir: “Bir çox başqa hallar müxtəlif media orqanları, İsrail dövlət qurumları və beyin mərkəzləri tərəfindən sənədləşdirilib”.скачать dle 10.6фильмы бесплатно


209

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.