• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Zelenski: Rusiyanın hərbi ehtiyatları tükənir, təcrübəli əsgərlərini itirib

11-01-2024, 23:00 | Baxılıb: 190
“Zelenski: Rusiyanın hərbi ehtiyatları tükənir, təcrübəli əsgərlərini itirib

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynanın hazırkı vəziyyətdə atəşkəsə razılaşması Rusiyaya yenidən özünü toparlamaq, bölmələrini gücləndirmək və təkrar hücumdan əvvəl ehtiyatlarını artırmaq şansı verəcək.
Diaspor info"ERR.ee" yə istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı Tallində estoniyalı həmkarı Alar Karrislə birgə keçirdiyi mətbuat konfransında deyib.

Estoniyalı jurnalistin atəşkəslə bağlı sualını cavablandıran Prezident Zelenski: "Ukraynada atəşkəsdən danışsaq, bu, sülh olmayacaq. Bu, müharibənin dayanacağı demək deyil. Bu, həm də siyasi dialoqa imkan verməyəcək", - deyə bildirib.

Zelenski Rusiyanın döyüş sursatları və dron ehtiyatlarının tükəndiyini, çoxlu əsgər və bütöv birliklər itirdiyini bildirib: "Onlar çox sayda təcrübəli əsgərlərini – Çeçenistanda və Suriyada döyüşən əsgərləri itiriblər, “Vaqner” muzdlu dəstəsi də məhv edilib".

Ukrayna Prezidenti bildirib ki, indi Rusiya orduya daha çox məhbusların cəlb edilməsi də daxil olmaqla, islahatlar aparmağa çalışır.

"Onların İrandan "Şahed" dronları almağa çalışmaları təsadüfi deyil və Şimali Koreya da daxil olmaqla bəzi ölkələrlə hərbi sursatların tədarükü üçün danışıqlar aparırlar", - Zelenski qeyd edib.

"Niyə belə edirlər? Davam edə bilmədiklərinə görə, anbarları boşalır. Ancaq döyüşlərdə fasilə olarsa və Rusiyaya iki-üç il vaxt verilərsə, onlar öz güclərini bərpa edə və döyüş meydanında üstünlüyü təmin edə bilərlər”, - deyə Zelenski qeyd edib.

Ukrayna lideri onu da bildirib ki, Rusiya əhalisi hələ də müharibəni dəstəkləsə də, sürətlə olmasa da, sanksiyalar öz təsirini göstərdiyindən onun təsirləri xalqa çatmağa başlayıb.

"Ukrayna atəşkəslə bağlı istənilən qərarı yalnız öz maraqlarına əsaslanaraq qəbul edəcək", - Zelenski vurğulayıb.скачать dle 10.6фильмы бесплатно


190

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.