• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyə Pakistanla İran arasında vasitəçilik təklif edib

18-01-2024, 16:00 | Baxılıb: 232
“Türkiyə Pakistanla İran arasında vasitəçilik təklif edib

Rəsmi Ankara Pakistanla İran arasında vasitəçilik təklif edib.
Diaspor info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Türkiyə Tehran və İslamabad arasında yaranan gərginlikdən narahatdır: “Problemin BMT prinsipləri əsasında, ölkələrin ərazi bütövlüyü və suverenliyi əsasında həllinin vacib olduğuna inanırıq. Məsələnin regional təhlükəsizlik və sabitliyə daha çox təhdid yaratmadan, dialoq və əməkdaşlıq əsasında həllini arzulayırıq”, - bəyanatda bildirilib.

Rəsmi Ankara tərəfləri dialoqa çağırıb: “Türkiyə təcrübəsini bölüşməyə və prosesə töhfə verməyə hazırdır”.

Bundan başqa, Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahian və Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani ilə telefonla danışıb.

H.Fidan Ümmanda həmkarı Ayman Safadi ilə birlikdə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib ki, Ankara tərəflər arasında 2 gündür davam edən gərginliyi narahatlıqla izləyir: “Həmkarlarım mənə gərginlikdə maraqlı olmadıqlarını dedilər. Ümid edirəm, belə də olacaq. Biz sabitlik üçün öhdəmizə düşəni etməyə hazırıq”.

Qeyd edək ki, bir neçə gün əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) Pakistanda yerləşən “Ceyş əl-Adl” qruplaşmasına zərbələr endirib. Yanvarın 17-də Pakistan buna cavab olaraq İran ərazisinə zərbələr endirib. Nəticədə 9 nəfər həlak olub. Pakistan Silahlı Qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib.скачать dle 10.6фильмы бесплатно


232

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.