• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Baltikyanı ölkələrin müvəqqəti işlər vəkilləri Rusiya XİN-ə çağırılıb

7-02-2024, 09:30 | Baxılıb: 213
“Baltikyanı ölkələrin müvəqqəti işlər vəkilləri Rusiya XİN-ə çağırılıb

Latviya, Litva və Estoniyanın müvəqqəti işlər vəkilləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Diaspor info xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, buna səbəb Rusiyada keçiriləcək prezident seçkiləri ilə əlaqədər təhlükəsizlik tədbirləri ilə bağlı məsələyə Baltikyanı ölkələrin hakimiyyət orqanlarının lazımi cavab verməməsidir.

Qeyd olunub ki, bu təhlükəsizlik tədbirləri Vilnüs, Riqa və Tallindəki Rusiya səfirliklərindəki seçki məntəqələrinə aiddir.

“Biz Baltikyanı dövlətlərin təmsilçilərinə bildirdik ki, 1961-ci il Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq və hamılıqla qəbul edilmiş beynəlxalq təcrübə əsasında diplomatik missiyaları qorumaq üçün bütün lazımi tədbirləri görmək məsuliyyəti qəbul edən dövlətlərin üzərinə düşür. Rusiya üç ölkənin hakimiyyət orqanlarından səsvermə zamanı seçicilərin, eləcə də Rusiya səfirliklərinin əməkdaşlarının təhlükəsizliyinin təmini üçün lazım olan hər şeyi etməyi istəyib”, - M.Zaxarova söyləyib.

O vurğulayıb ki, seçkilər zamanı çətinliklər yaratmaq bu ölkələrdə yaşayan ruslar arasında ciddi etiraza səbəb olacaq: "Çünki bu onların konstitusion hüquqlarının pozulmasıdır. Biz Baltikyanı ölkələrin öz öhdəliklərini yerinə yetirməsini təmin etməyə davam edəcəyik. Əgər təxribat davam edərsə, ikitərəfli kontekstdə və beynəlxalq strukturlarda qətiyyətlə hərəkət edəcəyik”.скачать dle 10.6фильмы бесплатно


213

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.