• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bosniya və Herseqovina Aİ ilə üzvlük danışıqlarının martda başlayacağını gözləyir

21-02-2024, 12:00 | Baxılıb: 220
“Bosniya və Herseqovina Aİ ilə üzvlük danışıqlarının martda başlayacağını gözləyir

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədri Borjana Kristo Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarının mart ayında başlayacağına ümid etdiyini bildirib.
Diaspor info China.org saytına istinadla xəbər verir ki, Borjana Kristo bu barədə fikrini Brüsseldə Aİ-nin Ümumi İşlər Şurasının üzvləri ilə görüşündə səsləndirib.

“Əminəm ki, Aİ ilk növbədə bizim nəticələrimizi, sərf etdiyimiz səyləri və irəliləyişimizi nəzərə alaraq, mart ayında danışıqlara başlayacaq”,- deyə o bildirib.

Borjana Kristo 2023-cü ildə əldə olunan irəliləyişin 2024-cü ildə də sürətli templə davam etdiyini və Nazirlər Şurasının 14 əsas prioritetin yerinə yetirilməsi istiqamətində mühüm addımlar atdığını vurğulayıb.

Bosniya və Hersoqovinanın xarici və təhlükəsizlik siyasətinin ilk dəfə olaraq Aİ-nin siyasəti ilə tam üst-üstə düşdüyünü diqqətə çatdıran Kristo, həmçinin seçki qanunvericiliyinə dəyişikliklərin və bu prosesin şəffaflığına yönəlmiş hərtərəfli islahatların xüsusi əhəmiyyətini qeyd edib.

Xatırladaq ki, Aİ 2022-ci ilin dekabrında Balkan ölkəsinə namizəd statusu verib və bundan bir il sonra “üzvlük meyarlarına lazımi uyğunluq dərəcəsi əldə edildikdən” sonra üzvlük danışıqlarına başlayacağı ilə bağlı qərar qəbul edib.
скачать dle 10.6фильмы бесплатно


220

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.