• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ASELSAN rəhbəri: Türkiyənin vahid hava hücumundan müdafiə qalxanının yaradılması 2024-cü ildə başa çatacaq

28-02-2024, 10:30 | Baxılıb: 182
“ASELSAN rəhbəri: Türkiyənin vahid hava hücumundan müdafiə qalxanının yaradılması 2024-cü ildə başa çatacaq

Türkiyə Hava Hücumundan Müdafiə komplekslərinin, eləcə də pilotsuz hərbi təyinatlı sistemlərin işlənib hazırlanmasında ciddi uğurlara nail olub. Diaspor info xəbər verir ki, bu barədə ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol fevralın 27-də Antalyada keçirilən “Müdafiə və aviasiya komplekslərində qlobal strategiyalar" mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, yerli qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin işlənib hazırlanmasının uğurlu nümunəsi artıq Türkiyə Silahlı Qüvvələrinin istismarına verilmiş “KORKUT” qurğularıdır. “Bu komplekslərlə xaricdə də fəal şəkildə maraqlanırlar. “KORKUT” üçün sursat da daxil olmaqla, hər şey Türkiyədə istehsal olunur” - deyə, A.Akyol qeyd edib.

ASELSAN rəhbəri 2024-cü ildə Türk mütəxəssislərinin döyüş növbətçiliyinə başlayacaq “Siper” uzun mənzilli Zenit-Raket Kompleksinin istehsalına diqqət çəkib.

ASELSAN rəhbəri “GÜRZ” hibrid hava hücumundan müdafiə sistemindən də bəhs edib. A.Akyol qeyd edib ki, təkcə 2023-cü ildə ASELSAN mütəxəssisləri tərəfindən ümumilikdə 20-yə qədər yeni silah növü hazırlanıb.

“Ötən il Türkiyədə “MARLİN” pilotsuz dəniz qayığı istismara qəbul edilib. Xarici tərəfdaşların TUNGA və ERTUNGA adlı yerüstü insansız sistemlərə də marağı yüksəkdir. Prioritetlərimizdən biri sualtı pilotsuz sistemlərdir", - deyə şirkətin baş direktoru vurğulayıb.

“DERİNGÖZ” adlanan pilotsuz sualtı nəqliyyat vasitəsinin prototipi hazırda dövlət qurumlarından birinin xətti ilə sınaqdan keçirilir.

“Türkiyənin müasir müdafiə kompleksi təkcə ASELSAN, TÜBİTAK və ROKETSAN kimi iri müdafiə şirkətləri və elmi mərkəzlərdən ibarət deyil, o, həm də minlərlə orta və kiçik şirkəti əhatə edir. Bizim gücümüz bundadır. Dövlətin dəstəyi sayəsində 2024-cü ili Türkiyənin vahid hava hücumundan müdafiə qalxanının yaradılması ilə başa vuracağıq. Yuxarıda qeyd edilənlərin hamısı əminliklə deməyə imkan verir ki, hava hücumundan müdafiə sistemlərinin istehsalı və təkmilləşdirilməsi sahəsində bu il xüsusilə əhəmiyyətli olacaq”, - deyə ASELSAN rəhbəri bildirib.скачать dle 10.6фильмы бесплатно


182

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.