• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Berdiməhəmmədov TDT-nin “Fəxri ağsaqqal”ı adının təsis edilməsini təklif edir

12-03-2024, 13:00 | Baxılıb: 197
“Berdiməhəmmədov TDT-nin “Fəxri ağsaqqal”ı adının təsis edilməsini təklif edir

Türkmənistan Türk Dövlətləri Təşkilatına (TDT) böyük hörmət bəsləyir və onunla əməkdaşlıqda maraqlıdır.
Diaspor info rusdilli “Neytralnı Turkmenistan” rəsmi qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkmənistan Xalq Məsləhətinin (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədov paytaxt Aşqabadda TDT Ağsaqqallar Şurası çərçivəsində keçirilən iclasda söyləyib.

Berdiməhəmmədovun sözlərinə görə, Türkmənistan xarici siyasət strategiyasında türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı və gücləndirilməsinə xüsusi önəm verir. O əlavə edib ki, ortaq tarixi köklər, mədəniyyət, dil və din türk ölkələrinin xalqlarını bir-birinə bağlayır ki, bu da siyasi-diplomatik, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin qurulması və dərinləşməsi üçün zəmin yaradır. Sabiq dövlət başçısı vurğulayıb ki, hazırda Türkmənistan TDT-nin işində fəal iştirak edir, həmçinin Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) və Türk Ticarət və Sənaye Palatasına daxil olmaq imkanlarını hərtərəfli gözdən keçirir.

Berdiməhəmmədov həmçinin TDT məkanında əməkdaşlığın daha da genişləndirilməsi üçün nəzərdə tutulmuş bir sıra təşəbbüsləri açıqlayıb. Onların arasında Türk Dövlətləri Təşkilatının “Fəxri ağsaqqal”ı adının və müvafiq nişanənin təsis edilməsi, habelə gələcəkdə qəzet və ya jurnalın nəşri üçün redaksiyanın yaradılması, Təşkilatın Ağsaqqallar Şurası üçün veb-saytın hazırlanması təklifi də var.

Qeyd edək ki, TDT Ağsaqqallar Şurasının toplantısı martın 11-dən 13-dək Aşqabadda keçirilir. Türkmənistan ilk dəfədir ki, bu tədbirə ev sahibliyi edir. TDT-nin Ağsaqqallar Şurasının əvvəlki, 14-cü iclası 2023-cü ilin oktyabrında Özbəkistanın Səmərqənd şəhərində baş tutub.скачать dle 10.6фильмы бесплатно


197

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.