• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

29-03-2024, 10:00 | Baxılıb: 194
““The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

ABŞ azad jurnalistikanı və jurnalistləri müdafiə etdiyini, söz və fikir azadlığını qoruduğunu bildirir, lakin əməldə jurnalistləri təqib edərək onların qətlinin təşkilində iştirak edir.
Diaspor info xəbər verir ki, bu fikirlər “The Nation” qəzetində dərc olunan “ABŞ-ın Culian Asancı öldürmək planı” sərlövhəli məqalədə yer alıb.

Məqalədə qeyd olunur ki, ABŞ İraq, Əfqanıstan, keçmiş Yuqoslaviya, Livan, Suriya və digər ölkələrdə həyata keçirdiyi hərbi əməliyyatlar zamanı yüzlərlə jurnalisti qətlə yetirib. ABŞ hökuməti bu qətl hadisələrini təsadüf kimi qələmə verib. Halbuki bu regionlardakı hərbi əməliyyatlar zamanı jurnalistlər həqiqəti yazıb qərəzli siyasəti ifşa etdiklərinə görə öldürülüb.

Culian Asancın vəkili Londonda keçirilən məhkəmə prosesində hakimə konkret sənədlər təqdim edərək sübuta yetirib ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) jurnalisti qətlə yetirmək üçün plan hazırlayıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, C. Asanc rəhbərlik etdiyi “WikiLeaks” saytında həqiqətləri yazıb.

Əlli ildir jurnalist ölümlərini tədqiq etdiyini vurğulayan qəzetin müxbiri Çarlz Qlass ((Charles Glass) yazır: “Hər zaman aşkar olunur ki, jurnalistlər təsadüfən ölmür. Məsələn, 1976-cı ildə Livanda baş verən hərbi toqquşma zamanı ABŞ ordusunun snayperi “Le Monde” qəzetinin müxbirini qətlə yetirib. Sonralar aparılan araşdırmalar zamanı rəsmi qaydada bəyan edilib ki, snayper yanlışlığa yol verib və jurnalistin terrorçu olduğunu zənn edib. Həqiqətdə isə jurnalist hərbi əməliyyatlar barədə həqiqəti yazdığına görə qətlə yetirildiyi aydınlaşdı. Necə ola bilər ki, həmin hərbi toqquşmanı işıqlandıran onlarla jurnalist deyil, məhz tənqid yazan jurnalist “təsadüfən” vurulur?”.Müəllif bildirir ki, 2003-cü ildə ABŞ əsgərləri Bağdadda mülki vətəndaşları atəşə tutaraq bir qrup insanı, o cümlədən “Əl-Cəzirə” kanalının və “Reuter” agentliyinin müxbirlərini qətlə yetirdi. “Sərhədsiz reportyorlar” təşkilatının sorğusuna cavab olaraq ABŞ Müdafiə Nazirliyi bəyan etdi ki, qətlə yetirənlərin hamısı terrorçu olub. Halbuki “Sərhədsiz reportyorlar” təşkilatı müəyyən etmişdi ki, ölənlərdən ikisi jurnalist olub. Onlardan biri “Əl-Cəzirə” kanalının müxbiri Namir Nur Eldin (Namir Noor-Eldeen), digəri isə “Reuters” agentliyinin müxbiri Said Çam (Saeed Chmagh) idi.

Culian Asancın ABŞ tərəfindən təqib olunmasına da toxunan müəllif yazır ki, “WikiLeaks” saytı bir çox həqiqətləri üzə çıxarıb. Sayt yazırdı ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) “Weeping Angel” (Ağlayan mələk) proqramı ilə müxtəlif serverlərə daxil olaraq insanları dinləyir. Amerikalı evdə oturub televizora baxarkən heç ağlına da gətirmir ki, onun televizoru evdə baş verən bütün davranış və söhbətləri yazaraq MKİ-nin serverinə ötürür.

“The Nation” qəzetinin iddiasına görə, ABŞ MKİ-si C. Asancı Ekvadorun Londondakı səfirliyindən oğurlamağa cəhd göstərib. İdarənin əməkdaşları səfirliyin yerli işçisini gizli əməkdaşlığa cəlb edərək, ondan axşam işdən evə gedərək səfirliyin qapısını bağlamamağı istəyiblər. Nəticədə C. Asancı oğurlamaq istəyənlər buna nail ola bilmədilər.

Məqalənin müəllifi, həmçinin yazır ki, ötən il ABŞ Prezidenti Cozef Bayden Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə bəyan edib: “Biz bu gün və həmişə bütün dünyada jurnalistləri dəstəkləməliyik. Biz hamımız onları susmağa məcbur edənlərə qarşı çıxmalıyıq”.

Yuxarıda qeyd edilənlərdən sonra ABŞ Prezidentinin mətbuat azadlığı ilə bağlı bu il nə deyəcəyi maraqlıdır.скачать dle 10.6фильмы бесплатно


194

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.