• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Gürcüstan parlamenti qalmaqallı layihənin son müzakirəsini edəcək, Tbilisidə yürüş başlayıb

14-05-2024, 15:00 | Baxılıb: 265
“Gürcüstan parlamenti qalmaqallı layihənin son müzakirəsini edəcək, Tbilisidə yürüş başlayıb

Bu gün Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi plenar iclasda üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.
Diaspor info xəbər verir ki, qanun layihəsini Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası təqdim edib.

Üçüncü oxunuş əsasən texniki və redaksiya məzmununun müzakirəsini nəzərdə tutur. Ona görə də bu gün parlamentdə qanun layihəsinə baxılması prosesinin başa çatacağı və qəbul olunacağı gözlənilir. Daha sonra sənəd imzalanmaq üçün prezidentə təqdim olunacaq.

Qeyd edək ki, sözügedən layihə ilə bağlı bir neçə gün əvvəl başlayan, dünən isə 30-dan artıq universitetin tələbələrinin də qatıldığı genişmiqyaslı aksiya bu gün bərpa olunub. Yerli vaxtla saat 10:00-dan etibarən tələbələr universitetlərdən qanunverici orqana doğru yürüş edirlər.

Qeyd edək ki, dünən Gürcüstan parlamentinin Hüquqi məsələlər komitəsi qanun layihəsini üçüncü oxunuşda nəzərdən keçirərək təsdiqləyib.

Qanun layihəsinə əsasən büdcəsinin 20%-dən çoxu xaricdən formalaşan qeyri-kommersiya təşkilatları “xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” kimi reyestrdən keçməli, hər il maliyyə hesabatı verməlidir. Qanun layihəsi eyni zamanda ölkənin Ədliyyə Nazirliyinə qeyri-kommersiya təşkilatları ilə bağlı araşdırma aparmaq səlahiyyəti verilməsini nəzərdə tutur.
Reyestrdən keçməyən təşkilatlar təxminən 25 min lari məbləğində cərimələnəcək.скачать dle 10.6фильмы бесплатно


265

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.