• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyədə prezidentin səlahiyyətləri artırılıb: səfərbərlik elanı səlahiyyəti dövlət başçısına verilib

22-05-2024, 09:00 | Baxılıb: 284
“Türkiyədə prezidentin səlahiyyətləri artırılıb: səfərbərlik elanı səlahiyyəti dövlət başçısına verilib

Türkiyədə 34 il aradan sonra “Səfərbərlik və hərbi vəziyyət nizamnaməsi” ləğv edilib.
Diaspor info xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan fərman imzalayıb.

Sənədə əsasən, 24 may 1990-cı il tarixli və 90/500 saylı Nazirlər Şurasının qərarı ilə qüvvəyə minmiş “Səfərbərlik və hərbi vəziyyət nizamnaməsi” ləğv edilib. Onun əvəzinə “Səfərbərlik və hərbi vəziyyət əsasnaməsi”nin tətbiqinə başlanılıb.

Əsasnamə “dövlətin bütün qüvvə və resurslarının hərbi vəziyyətə və ya müharibəni labüd edə biləcək gərginlik və böhran dövrlərinə uyğun olaraq sürətlə hərəkətə keçirmək üçün hazırlıqların yerinə yetirilməsini” tələb edir.

Nizamnamənin əsasnaməyə dəyişdirilməsi sənədin əsasən yeni dövrlə ayaqlaşması ilə əlaqələndirilir. Bununla belə, əsasnamə prezident səlahiyyətinin artırılması ilə də seçilir: başlıca dəyişikliklərdən biri səfərbərlik elanı səlahiyyətinin Nazirlər Şurasından Prezidentə ötürülməsidir. Beləliklə, “müharibə tələb edən vəziyyət yarandıqda, üsyan baş verdikdə, vətənə və ya respublikaya qarşı güclü və təsirli qiyam baş verdikdə, ölkənin və millətin bölünməzliyinə daxildən və xaricdən təhlükə yaradan davranışlar baş verdikdə”, Prezident ümumi və ya qismən səfərbərlik elan edilməsi haqqında qərar qəbul edə bilər.

Bundan başqa, nizamnamə ölkənin Ali İnzibati Məhkəməsinin (Danıştay) baxışından keçirilərək Nazirlər Şurası tərəfindən gerçəkləşdirilən sənəddir. Əsasnamələr isə nizamnamələrdən fərqli olaraq daha dar və spesifik sahəni əhatə edir. Burada Ali İnzibati Məhkəmənin baxışına ehtiyac yoxdur. Əsasnamələr nazirlər və publik hüquqi şəxslər tərəfindən tətbiq edilə bilər.

Qeyd edək ki, 2018-ci ildə Nazirlər Şurası ləğv edildikdə prezident, vitse-prezident və nazirlərin cəmi “Prezident kabineti” adlandırılmağa başlasa da, Nazirlər Kabineti konstitusiyaya daxil edilmiş bir qurum deyil.скачать dle 10.6фильмы бесплатно


284

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.