• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Baş nazir: "BTQ-nin Gürcüstan hissəsinin tikinti işlərinin 95 %-i tamamlanıb"

28-06-2024, 16:00 | Baxılıb: 275
“Baş nazir:

Gürcüstan ərazisində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsi çərçivəsində aparılan tikinti işlərinin 95 %-i tamamlanıb.
Diaspor.info xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatının təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, Gürcüstan Dəmir Yollarının modernləşdirilməsi layihəsi uğurla həyata keçirilir.

“Layihədə nəzərdə tutulan altı tunelin hamısının tikintisi başa çatıb. Uzunluğu 8 kilometrdən çox olan Kişxeti-Zvareni Zaqafqaziyada birləşdirən ən uzun dəmir yolu tunelinin layihəsi həyata keçirilib. Dəmir yolu daşımaları may ayından sınaq rejimində bərpa edilib”, - deyə Baş nazir qeyd edib.

Xatırladaq ki, BTQ-nin Gürcüstandan keçən 184 kilometrlik hissəsinin təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri tamamlanıb. Görülmüş işlər nəticəsində bu dəmir yolu xəttinin illik yükdaşıma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Modernləşdirilmiş BTQ xətti Çin və Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin böyük hissəsinin Orta Dəhlizlə Azərbaycan üzərindən daşınmasına imkan verəcək.

BTQ ilə yükdaşıma bu il mayın 20-dən bərpa edilib, həmin gün 20 konteynerdən ibarət ilk yük qatarı Abşeron Logistika Mərkəzindən Gürcüstan istiqamətində hərəkət edib.BTQ-nin tikintisinə 2008-ci ildə başlanılıb və dəmir yolu xətti 2017-ci il oktyabrın 30-dan istismara verilib, 2023-cü ilin mayın 16-dan onun Gürcüstan hissəsi təmir-bərpa işləri ilə əlaqədar bağlanılıb. Dəmir yolu xəttinin Gürcüstan hissəsinin mürəkkəb, dağlıq relyefə malik olması (bəzi yerlərdə işlər dəniz səviyyəsindən 2 400 metr hündürlükdə aparılırdı), bu bölgədə payız-qış aylarında hava şəraitinin qarlı-şaxtalı keçməsi (hətta temperaturun mənfi 30 dərəcəyədək düşməsi) təmir-bərpa işlərinin sürətlə aparılmasına mane olmayıb. Sözügedən ərazidə payız-qış mövsümündə qarlı hava şəraiti səbəbindən avtomobil yolları bağlanır, dəmir yolu nəqliyyatı yeganə daşıma vasitəsi kimi regionun mərkəzlə əlaqəsində olduqca önəmli rol oynayır.скачать dle 10.6фильмы бесплатно


275

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak edəcək
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycandadır
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri yeni perspektivlər vəd edir
İran yenidən hava məkanını açır

Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak edəcək

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib

Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycandadır

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri yeni perspektivlər vəd edir

İran yenidən hava məkanını açır

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.