• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

3-07-2025, 15:00 | Baxılıb: 298
“ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Komitə əməkdaşlarının ABŞ-yə səfəri zamanı Nyu York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin (National Music & Global Culture Society) rəhbəri, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova və “My Way” Yaradıcılıq Mərkəzinin art direktoru, heykəltəraş və rəssam Emin Quliyev ilə görüş keçirilib.
Görüş ölkəmizin BMT yanındakı Daimi Nümayəndəliyində baş tutub. Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev və Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev iştirak ediblər.
Komitə sədrinin müavini hər iki mədəniyyət xadiminin Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması, mədəni irsimizin təbliği və diaspor fəaliyyətinə verdikləri töhfələri yüksək qiymətləndirib.
Nərgiz Əliyarovaya və Emin Quliyevə təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib. Onlar fəaliyyətlərinə verilən bu yüksək dəyərə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər. Ölkəmizin mədəniyyətini ABŞ-də tanıtmaq istiqamətində işlərini davam etdirəcəklərini söyləyiblər.
Qeyd edək ki, Nərgiz Əliyarova Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Dövlət Fortepiano Triosunun solisti, Musiqiçilərin II Respublika müsabiqəsinin laureatı, beynəlxalq müsabiqələr qalibi, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisidir. O, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-də keçirilən Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin təşkilatçısıdır.
Emin Quliyev isə Sumqayıtın simvoluna çevrilən “Sülh göyərçini” abidəsinin və İmadəddin Nəsiminin heykəlinin müəlliflərindən biri, mərhum rəssam Asim Quliyevin oğludur. Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Emin Quliyev 2006-cı ildən Nyu Yorkda yaşayır və 2009-cu ildən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində sənət direktoru kimi çalışır. Onun yetirmələri ABŞ-nin nüfuzlu incəsənət məktəblərinə və kolleclərinə qəbul olunublar.скачать dle 10.6фильмы бесплатно


298

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.