• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Yaşar Gülər ilk dəfə 15 iyul çevriliş cəhdi barədə danışıb: Xain güllələnməsəydi, məni öldürəcəkdilər

10-07-2024, 21:00 | Baxılıb: 203
“Yaşar Gülər ilk dəfə 15 iyul çevriliş cəhdi barədə danışıb: Xain güllələnməsəydi, məni öldürəcəkdilər

Türkiyənin milli müdafiə naziri, Silahlı Qüvvələrin sabiq baş qərargah rəisi Yaşar Gülər 2016-cı ildə baş verən 15 iyul çevriliş cəhdi ilə bağlı ilk dəfə danışıb.
Diaspor.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, sözügedən hadisə barədə xatirələrini bölüşüb.

Nazir bildirib ki, həmin hadisə zamanı ölümdən dönüb: “Təxminən saat 21:25 radələrində xidməti otağıma maskalı, paltarlarından xüsusi təyinatlı olduqları hiss edilən 10-12 nəfər daxil oldu. Onların “uzan!” əmrinə tabe olmayıb birini yerə yıxdım. Bundan sonra hamısı üstümə gəldi. Boğuşma başladı. Türk əsgərinin düşmənə belə etmədiyi rəftarla qarşılaşdım. İstanbulda, kursda iştirak etməsi lazım olan bir zabit mülki geyimdə içəri girdi. Kinayə ilə “Narahat olmayın, komandirim, təlim keçirik” dedi. O xaini orada görəndə məsələnin nə yerdə olduğunu anladım”.

Y.Gülərin sözlərinə görə, onun əlini, gözünü bağlayaraq avtomobilə mindirib qərargaha aparıblar: “Həmin gecə məni öldürməsi ilə bağlı əmri alan zabit öldürüldü. Əgər o ölməsəydi, məni öldürəcəkdilər. Bir müddətdən sonra helikopterlə naməlum bir yerə aparıldım. Məni otağa həbs etdilər. F-16 qırıcı təyyarələrinin səsini eşidirdim. Çevrilişçilərin əsas mərkəzi olan "Akıncı" bazasında olduğumuzu anladım. Gecəboyu əllərim, gözlərim bağlı şəkildə otaqda qaldım. Bütün ömür boyu yaşadıqlarımı gün-gün, saat-saat xatırladım. Səhərə yaxın bomba səslərini eşitdim. Düşündüm ki, xainlər təyyarələrin yenidən qaldırılmaması üçün "Akıncı" bazasını bombalayıblar”.

Nazir əlavə edib ki, iyulun 16-da səhərə yaxın otağın qapısı açıldı. Bir zabit içəri girdi. Ailəmlə telefonla danışmağımı təklif etdi: "Ayağa qalxmadım. Həmin zabitin qarşı tərəfdən olduğunu anladım. Biz tərəfdən olsaydı, mənim düşdüyüm vəziyyətdə olmalı idi. Əgər telefona tərəf getsəm, oyunun qurbanı olacaqdım. Deyəcəkdilər ki, qaçanda vurduq. Onlar üçün əsl problem mən idim. Çünki bu həqiqətləri bilən yeganə adam mən idim".Y.Gülər sonradan ailəsi ilə danışa bildiyini söyləyib: “Yoldaşıma zəng etdilər. Oturduğum yerdən qışqıraraq yaxşı olduğumu dedim. Demə, məni qaçırdıqları gecə yoldaşıma “Yaşar Paşayı vurdular, öldü” demişdilər. Səhərə qədər yoldaşımın məndən xəbəri olmayıb".

Qeyd edək ki, 2016-cı il iyulun 15-də baş verən hərbi çevriliş cəhdi Türkiyənin iki böyük şəhərində - İstanbul və Ankarada olub. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Hərbi çevrilişə cəhd 1962, 1963, 1969 və 1971-ci illərdən dən sonra uğursuz olan 5-ci müdaxilə kimi Türkiyə tarixinə keçib.скачать dle 10.6фильмы бесплатно


203

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.