• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Seul Pxenyanı nüvə silahından istifadə ediləcəyi təqdirdə “rejimin sonu” ilə hədələyir

1-10-2024, 10:30 | Baxılıb: 226
“Seul Pxenyanı nüvə silahından istifadə ediləcəyi təqdirdə “rejimin sonu” ilə hədələyir

KXDR-in nüvə silahından istifadəsi "onun rejiminin sonuna" gətirib çıxaracaq.
Diaspor.info TASS-a istinadən xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Yun Sok Yol Sonnam aerodromunda Silahlı Qüvvələr Günü münasibətilə keçirilən təntənəli mərasimdə bildirib.

“Əgər Şimali Koreya nüvə silahından istifadə etməyə cəhd göstərsə, ordumuzun və Cənubi Koreya-ABŞ ittifaqının əzici və qətiyyətli cavabı ilə üzləşəcək. Həmin gün Şimali Koreya rejiminin sonu günü olacaq”, – Prezident deyib. Onun çıxışını KBS telekanalı yayımlayıb. Daha sonra Seulun mərkəzi küçəsində hərbi parad keçiriləcək.

“Şimali Koreya rejimi nüvə silahının onu qoruduğu illüziyasından xilas olmalıdır”, – Yun Sok Yol vurğulayıb. O qeyd edib ki, Vaşinqton Bəyannaməsinin qəbul edilməsi ilə Cənubi Koreya və ABŞ ittifaqı "nüvə silahına əsaslanan alyans" olub. Cənubi Koreya lideri həmçinin Cənubi Koreya, ABŞ və Yaponiya arasında üçtərəfli əməkdaşlığı gücləndirəcəyini bildirib.

Yun Sok Yol qeyd edib ki, oktyabrın 1-dən rəsmi olaraq fəaliyyətə başlayacaq Cənubi Koreya Strateji Komandanlığı ölkəni KXDR-in "nüvə təhdidi və digər kütləvi qırğın silahlarından" qorumaq üçün əsas bölmə olacaq. Onun sərəncamında "Hyonmu" ballistik raketləri, F-35 qırıcıları və ballistik raketli sualtı qayıqlar kimi silah sistemləri olacaq. Gözlənilir ki, bu komandanlıq ABŞ Silahlı Qüvvələrinin Amerika nüvə arsenalına cavabdeh olan Strateji Komandanlığı ilə sıx əməkdaşlıq edəcək.скачать dle 10.6фильмы бесплатно


226

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.