• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

2-07-2025, 11:30 | Baxılıb: 265
“Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

Yekaterinburq şəhərində yaşayan Azərbaycan vətəndaşları Hüseyn və Ziyəddin Səfərov qardaşlarının Rusiya Federasiyasının hüquq mühafizə orqanının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı işgəncələrə məruz qoyularaq öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən araşdırmalara başlanılıb.
Diaspor.info xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiya Federasiyasında işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı keçirilən brifinqdə deyib.

“İlkin araşdırma zamanı müəyyən edilib ki, iyunun 27-də səhər saatlarında Rusiya Federasiyasının Milli Qvardiyasının Sverdlovsk vilayəti üzrə idarəsinin, Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş idarəsinin Cinayət axtarış idarəsinin, Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə keçirilmiş birgə əməliyyat axtarış tədbirləri nəticəsində Yekaterinburqda müxtəlif ünvanlarda yaşayan Azərbaycan Respublikası vətəndaşları həmin ölkənin ərazisində əvvəlki dövrlərdə törədilmiş qəsdən adamöldürmə cinayətlərində iştirak etmələri şübhələri ilə saxlanılıblar. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən əməliyyat qurumlarının əməkdaşları tərəfindən saxlanılan Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan əsilli şəxslərə bədənlərinin müxtəlif nahiyələrinə bərk küt əşyalarla çoxsaylı zərbə vurularaq, işgəncələrə məruz qoyulmaqla ağır xəsarətlər yetirilib”, - deyə o əlavə edib.скачать dle 10.6фильмы бесплатно


265

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb
Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Niaqara Folsda üçrəngli bayrağımız ucaldılıb

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.