• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Yunanıstanın Santorini adasında təxliyə elan edilib, məktəblər bağlanıb

4-02-2025, 20:00 | Baxılıb: 520
“Yunanıstanın Santorini adasında təxliyə elan edilib, məktəblər bağlanıb

Cümə günündən etibarən Egey dənizindəki Yunanıstana məxsus Santorini və Amorqos adaları arasında zəlzələlər qeydə alınıb və bu, səlahiyyətliləri Santorini və yaxınlıqdakı İos, Amorqos və Anafi adalarında məktəbləri bağlamağa məcbur edib.
Diaspor.info xarici mediaya istinadla verdiyi xəbərə görə, artıq dördüncü gündür ki, Yunanıstan adasını silkələyən onlarla yeraltı təkan səbəbindən insanların Santorinini tərk etmələrinə kömək etmək üçün əlavə uçuşlar təşkil olunub.

“Reuters” xəbər verir ki, bazar ertəsi Santorinidə bəzilərinin maqnitudası 4-dən çox olan zəlzələlər bir neçə dəqiqədən bir baş verib. Ehtiyat tədbiri olaraq adaya fəlakətlə mübarizə bölmələri yerləşdirilib.

Mütəxəssislər bildirirlər ki, ən çox məskunlaşan ərazilərinin bəziləri sıldırım qayalıqlarda yerləşən adada seysmik aktivlik həftələrlə davam edəcək.

Yerli hakimiyyət nümayəndələri bildiriblər ki, daimi sakinlər zəlzələlərə öyrəşdikləri üçün xüsusilə narahat deyillər, lakin turistlər adanı kütləvi şəkildə tərk edirlər.

“Aegean Airlines” aviaşirkəti Yunanıstan Mülki Müdafiə Nazirliyinin tələbi ilə ada sakinləri və qonaqları təxliyə etmək üçün Santoriniyə və əks istiqamətdə əlavə uçuşlar təşkil etdiyini bildirib.

Santorini bəşər tarixində ən böyük vulkan püskürmələrindən birinin baş verdiyi adadır.скачать dle 10.6фильмы бесплатно


520

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.