• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

AFAD nümayəndəsi: Zəlzələlərin nəticələrinin aradan qaldırılmasında yardımına görə Azərbaycana minnətdarıq

4-02-2025, 21:00 | Baxılıb: 363
“AFAD nümayəndəsi: Zəlzələlərin nəticələrinin aradan qaldırılmasında yardımına görə Azərbaycana minnətdarıq

Türkiyədəki fəlakət bölgəsinə ilk xilasetmə qrupları 2023-cü ilin fevral ayında Azərbaycandan gəlib. Qardaş ölkənin dəstəyi ilə Kahramanmaraşda “Azərbaycan” adlı iri yaşayış kompleksi layihəsi həyata keçirilir. Faciədən sonra göstərdikləri həmrəyliyə və köməyə görə qardaş ölkənin rəhbərliyinə və bütün Azərbaycan xalqına xüsusi minnətdarlığımı bildirmək istəyirəm.
Diaspor.info xəbər verir ki, bu sözləri Türkiyə Fəlakətlərin İdarə Olunması İdarəsinin (AFAD) Zəlzələ Riski və İdarəetmə Departamentinin rəhbəri Orhan Tatar Kahramanmaraş şəhərində jurnalistlərlə görüşdə deyib.

Onun sözlərinə görə, Türkiyədə 2023-cü ilin fevralında baş vermiş zəlzələlər məhvetmə gücünə görə 2000 atom bombası ilə müqayisə oluna bilərdi və irimiqyaslı fəlakətin nəticələri 14 milyon insanın yaşadığı 120 min kvadratkilometr sahədə hiss olunub.

AFAD nümayəndəsi əlavə edib: “2023-cü il fevralın 6-da baş verən dağıdıcı zəlzələlərdən sonra 67 669 afterşok qeydə alınıb. Türkiyənin 124 şəhəri və 6 929 kəndi əhatə edən 11 vilayəti fəlakət zonası elan edilib. Onlarla məskunlaşmış ərazidə irimiqyaslı dağıntılar qeydə alınıb, 53 737 nəfər ölüb, 107 213 nəfər yaralanıb. Türkiyənin 18 vilayətində 2,3 milyondan çox binaya ziyan dəyib, onlardan 39 min 546-sı tamamilə dağılıb, 21 mindən çoxu yararsız hala düşüb. Bundan başqa, 206 mindən çox binaya ciddi ziyan dəydiyi məlum olub”.

Orhan Tatar qeyd edib ki, xilasetmə işlərinə 35 250 mütəxəssis, o cümlədən 93 ölkədən 11 488 xilasedici cəlb olunub. Fəlakət bölgəsinə yardımın çatdırılması üçün 23 dəniz gəmisi, 182 təyyarə, 141 helikopter və 150 min yük maşınından istifadə edilib.

Departament rəhbəri bildirib: “Türkiyənin 11 vilayətinin 2,5 milyon sakini tez bir zamanda çadır və konteyner şəhərlərində, eləcə də ölkənin digər yerlərində müxtəlif obyektlərdə yerləşdirilib. Fəlakət bölgəsində ümumilikdə 350 çadır və 428 konteyner şəhəri yaradılıb. Təkcə konteyner evlərində 707 min Türkiyə sakini məskunlaşıb”.

Orhan Tatar vurğulayıb ki, son iki ildə dövlət ölkənin cənubunda və cənub-şərqində baş vermiş irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması üçün bütün mümkün addımları atıb.

“Dövlətdən yardım alan 444 011 mülk sahibi müəyyən edilib. Mənzilsiz qalan insanların çoxu artıq mənzillə təmin olunub”, - deyə AFAD nümayəndəsi sözlərinə yekun vurub.скачать dle 10.6фильмы бесплатно


363

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar
ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

ABŞ-nin Virciniya ştatında Amerika Azərbaycan Gənclərinin 2-ci Forumu keçirilib

Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

İyulun 7-dən magistratura səviyyəsinə ixtisaslaşma seçiminə başlanılır

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə aparılıb

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.