• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ərdoğan: Zəlzələdən zərər çəkən şəhərlərimizdə quruculuq işlərini davam etdirəcəyik

6-02-2025, 11:30 | Baxılıb: 511
“Ərdoğan: Zəlzələdən zərər çəkən şəhərlərimizdə quruculuq işlərini davam etdirəcəyik

Hamımızı dərindən sarsıdan, qəlbimizdə böyük yaralar açan, xalqımızın yaddaşında silinməz izlər qoyan 6 fevral zəlzələlərinin ikinci ildönümü, itirdiyimiz 53 537 qardaş-bacımızın hər birinə Allahdan rəhmət diləyirəm.
Diaspor.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında yazıb.

Dövlət başçısı zəlzələdə həlak olan insanların ailələrinə, xalqa səbir diləyib:

“İlk gündən dövlət, xalq olaraq “bir olacağıq” dedik və zəlzələdən zərər çəkmiş bölgələrdən bir an belə əlimizi çəkmədik. Bundan sonra şəhərlərimiz tam ayağa qalxana qədər quruculuq və dirçəliş işlərimizi zəhmət, alın təri, mətanət və polad iradə ilə davam etdirəcəyik.

Sarıdığımız yaraları tam sağalana və bütün vətəndaşlarımız təhlükəsiz və isti yuvalarına qovuşana qədər əzmimizdən geri çəkilməyəcəyik.

Torpağa tapşırdığımız canlarımızın əziz xatirələrini aminlərlər, fatihələrlə, yasinlərlə və dualarla qəlbimizdə yaşatmağa davam edəcəyik.

Allah ölkəmizi, xalqımızı belə bəlalardan qorusun”.

Xatırladaq ki, Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən iki il ötür. 2023-cü il fevralın 6-da ölkənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Bir neçə saat ara ilə sadəcə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 537 nəfər həlak olub, 107 213 nəfər isə müxtəlif xəsarətlər alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb.скачать dle 10.6фильмы бесплатно


511

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.